Sizin Reklam Burada
Xəbər lenti
18-04-2024
17-04-2024
BÜTÜN XƏBƏRLƏR

“Sazın məcnunu Azər” adlı möhtəşəm tədbir keçirilib

Tarix: 27-04-2019 21:35     Baxış: 3355 A- / A+
“Sazın məcnunu Azər” adlı möhtəşəm tədbir keçirilib

Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında ünlü solo-saz ifaçısı Azər Xan­lar­oğlunun anım gecəsi keçirilib.

“Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyi (ABAİB) ilə Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin (RHİYİB) növbəti ortaq mədəniyyət layihəsi olaraq keçirilən və “Sazın məcnunu Azər” adlanan tədbirdə millət vəkilləri, QHT, KİV təmsilçiləri, alimlər, Azərin sənət dostları, doğmaları, saz-söz vurğunları və b. iştirak edib. Bu, yeni nəsil sənətçiləri arasında özü­nəməxsus yeri olmuş,mərhumAzər Xanlaroğlunun bu il 27 apreldə növbəti doğum günü tamam olur. İlk dəfə Azərin özü aramızda olmadan keçirilən adgünü ərəfəsində baş tutan tədbir sənətsevərlərin sənətçiyə vəfa borcudur. Gecənin aparıcısı Çiçək Mah­mudqızı qeyd edib ki,nakam sənətçinin adına düzənlənən sənət gecəsində Azərin sənət yoluna işıq salınması,onun həyatına, sənət yoluna işıq salan filmin nümayişi, Azərin repertuarından ən seçmə ifa­ların səsləndirilməsi,habelə Azərin sənət dostlarının canlı ifaları “Sazın məcnunu Azər” gecəsini günümüzün yaddaqalan mədəni tədbirlərindən birinə çevirib.O, gecənin təşkilatçısı olan ictimai birliklərin ortaq mədəni layihə həyata keçirməsini, bu layihəni bir nakam yeni nəsil sənətçisinə həsr etməsi təqdi­rə­layiq haldır. ABAİB prezidenti, Millət vəkili Qənirə Paşayeva vurğulayıb ki, “klassik aşıq hava­larında da, öz gülləri, xalları ilə fərqli ifalar edən Azər, həm klassik irsə sayğısı, həm o irsə nə qədər vaqif olması, həm də sənətin yeni imkanlara malik olmasını göstərməsi ilə seçilib. Azər sənətinin aşiqi idi və bu aşiqlik yalnız aşiqlikdə qalmırdı, o sənətini idrak edirdi. Sənətçinin aşiqlik və idrak prosesini bir arada təcalla etdirə bilməsi çox vacib məqamdır. Azər məhz belə məqamlarla diqqəti cəlb edir, şöhrətlənirdi”. Təəsüf ki, biz artıq keçmiş zamanda danışırıq. Təəssüf ki, sənətinin vurğunu olan Azər, öz sağlamlığına da vurğun olmadı, özünü qorumadı… Ancaq nə etmək olar? Bugün təsəllimiz Azərlə et­di­yimiz söhbətlər, onunla görüşlərimiz və əlbəttə, onun yaddaqalan ifalarıdır. Sənətçi həm şəxsiyyəti həm də, sənəti ilə yad edilincə dah gözəl olur. Azərin ruhu şad olsun ki, bu gö­zəlliyi bizə bəxş edib. Aşıq Alı deyirdi: “Ölüm haqdır, çıxmaq olmaz ömürdən”. – Azər atasını erkən itir­miş­di. Tanrıdan arzu-niyaz edirik ki, bu gedişat son bulsun və heç bir doğmamız erkən ölüm­lərlə sarsılmasın.Azər atasının sazını yiyəsiz qoymadı, tazanəsini təzələdi, atasının qızıl fonda düşən ifalarını da cəsarətlə ifa etdi və “usta oğlundan şagird olmaz” kəlamını bir daha təsdiqlədi. Ruhu şad olsun!”Sözünün davamında gecənin aparıcısı və Azərlə bağlı filmin ssenari müəllifi Çiçək Mah­mudqızına, tədbirin hazırlanmasında əməyi keçən könül dostlarına təşəkkür edən xa­nım deputat, tədbir iştirakçılarına, mərhum sənətçinin ailə üzvlərinə öz ehtiramını bil­dirib. Sonra Yunus Əmrə İnstitutu Bakı Türk Kültür Mər­kəzinin müdiri dos.dr.Cihan Özdəmir, folklorşünas-alim Elxan Məmmədli,Aşıqlar Birliyinin katibi, “Ozan dünyası” qəzetinin baş redaktoru Musa Nəbioğlu,RHİYİBsədri Arzu Bağırova çıxış edərək,aşıq sənətinin dünəni-bugünü və gələcəyi, bu bağlamada, Azərbaycanda aşıqlıq sənətinin çağ­daş durumu və Azər Xanlaroğlunun sənət məziyyətləri ilə bağlı fikirlərini bölüşüb. Gecənin musiqili qonaqları – aşıqlar: Şəh­riyar Qaraxanlı,Zülfiyyə Aşıqlı, Bala Xanlar (Eyvaz Təbrizli), Səyyad Aydınoğlu, Elməddin Məmmədli, Fəzail Miskinli,Şəhriyar Şah­verdiyev, xanəndə Zemfira İbrahimova öz ifaları ilə gecəyə rəng qatıb, tamaşaçıların alqışını alıb. Sonda ailə adından Azərin bacısı oğlu Süleyman çıxış edib, təşkilatçılara, tədbir işti­rakçılarına təşəkkür edib.
“Sazın məcnunu Azər” adlı möhtəşəm tədbir keçirilib

“Sazın məcnunu Azər” adlı möhtəşəm tədbir keçirilib

“Sazın məcnunu Azər” adlı möhtəşəm tədbir keçirilib

“Sazın məcnunu Azər” adlı möhtəşəm tədbir keçirilib


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar