Sizin Reklam Burada
Xəbər lenti
29-03-2024
28-03-2024
BÜTÜN XƏBƏRLƏR

Zahid Xəlil sumqayıtlıların görüşünə gəldi - ŞƏKİLLƏR

Tarix: 15-04-2019 14:20     Baxış: 4830 A- / A+
Zahid Xəlil sumqayıtlıların görüşünə gəldi

Sumqayıt Regional Mədəniyyət İdarəsinin dəstəyi, Sumqayıt şəhər S.Vurğun adına Mərkəzi Kitabxananın Uşaq şöbəsi, Nizami Gəncəvi adına Kitabxana Klub, Mərkəzi Uşaq kitabxanasının birgə təşkilatçılığı ilə uşaqların sevimli yazarı, şair Zahid Xəlillə görüş keçirilib.

Manevr.az-ın verdiyi xəbərə görə, Sumqayıt şəhər Poeziya evində baş tutan tədbirin aparıcısı filologiya elmləri doktoru, əməkdar mədəniyyət işçisi Rafiq Yusifoğlu Zahid Xəlilin həyatı və yaradıcılığı haqqında geniş məlumat verib.

Sumqayıt şəhər MKS-nin direktoru Yeganə Əhmədova, Sumqayıt şəhər 27 saylı məktəbin direktoru Valid Mustafayev, jurnalist Rəhman Orxan və digərləri çıxış edib, şair haqqında ürək sözlərini deyib, xatirələrini bölüşüblər.

Sonra Nizami Gəncəvi adına Kitabxana Klubun fəal oxucularının ifasında şairin müxtəlif illərdə yazdığı şeirləri dinlənilib.

Daha sonra Mərkəzi uşaq kitabxanasının əməkdaşlarının şairin “Mən tülküyəm” nağıl-poeması əsasında hazırladıqları kukla tamaşası, S.Vurğun adına Mərkəzi kitabxananın uşaq şöbəsinin oxucularının “Yeddi rəngli muncuq” şeiri əsasında hazırladıqları səhnəcik nümayiş olunub və maraqla qarşılanıb.

Sonda Zahid Xəlil çıxış edərək maraqlı tədbirə görə təşkilatçılara və iştirakçılara təşəkkürünü bildirib, oxucuların suallarını cavablandırıb.

Tədbirdə şairin həyatı və yaradıcılığını əks etdirən “Balalara hədiyyə” başlıqlı sərgi nümayiş olunub.

Sumqayıt Regional Mədəniyyət İdarəsinin
Mətbuat xidməti


Zahid Xəlil sumqayıtlıların görüşünə gəldi
Zahid Xəlil sumqayıtlıların görüşünə gəldi
Zahid Xəlil sumqayıtlıların görüşünə gəldi
Zahid Xəlil sumqayıtlıların görüşünə gəldi
Zahid Xəlil sumqayıtlıların görüşünə gəldi
Zahid Xəlil sumqayıtlıların görüşünə gəldi
Zahid Xəlil sumqayıtlıların görüşünə gəldi
Zahid Xəlil sumqayıtlıların görüşünə gəldi
Zahid Xəlil sumqayıtlıların görüşünə gəldi

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar