Sizin Reklam Burada
Xəbər lenti
20-04-2024
19-04-2024
BÜTÜN XƏBƏRLƏR

Şəhid olmuş Şamil Quliyevin xatirəsi anılıb

Tarix: 12-04-2019 16:59     Baxış: 2524 A- / A+
Şəhid olmuş Şamil Quliyevin xatirəsi anılıb


12 aprel 2019-cu il tarixdə Ağcabədi Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Ağdam rayonunun Mahrızlı kəndindəki Döyüş Şöhrəti Muzeyində respublikamızın ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuş Şamil Quliyevin xatirəsi anılıb.

Şamil Quliyevin ailə üzvlərinin, döyüş yoldaşlarının, Mahrızlı və Zəngişalı kənd tam orta məktəblərinin müəllim və şagirdlərinin, Ağdam Tarix-Diyarşünaslıq Muzeyinin, Şəhidin adını daşıyan Zəngişalı kənd Körpələr evinin işçilərinin iştirak etdiyi tədbirdə əvvəlcə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Mərasimdə Döyüş Şöhrəti Muzeyinin direktoru Sahib Məmmədov, Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Ülvi Qədirov, şəhidin qardaşı Famil Quliyev, bacısı Cəmilə Quliyeva və döyüş yoldaşları çıxış edərək, onun mənalı həyat və qəhrəmanlıqla dolu döyüş yolundan danışıblar. Məlumat verilib ki, Quliyev Şamil Əli oğlu 1971-ci il dekabrın 10-da Ağdam rayonunun Zəngişalı kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra Ağdam Kənd Təsərrüfatı Texnikumunda təhsil alıb. 1989-1991-ci illərdə keçmiş sovet ordusu sıralarında hərbi xidmətdə olub. 1992-ci ildə könüllü olaraq Vətənimizin müdafiəsi uğrunda döyüşlərdə iştirak edib. Keçmiş Ağdərə rayonunun Şıxarx, Çaylı kəndlərində gedən döyüşlərdə fədakarlıq göstərib. 1993-cü ildə kəşfiyyat bölüyünə qoşulan Şamil Qarakənd, Gülablı, Ağbulaq, İsmayılbəyli, Saybalı, Bağbanlı, Mərzili kəndlərinə göndərilən dəstələrin tərkibində mühüm tapşırıqlar yerinə yetirib. Ağdam rayonunun Mərzili və Novruzlu kəndləri uğrunda döyüşlərdə düşmənin bir neçə hərbçisini və döyüş maşınını məhv edib. O, 1994-cü ilin aprelində Ağdam rayonunun Qaradağlı kəndi yaxınlığındakı döyüşdə yaralanmış yoldaşını xilas edən zaman ağır yaralanıb və hərbi hospitalda dünyasını dəyişib. Zəngişalı kənd qəbiristanlığında dəfn edilib.

Mərasimdə məktəblilər kompozisiya göstərib, şəhidlərə həsr edilən şeirlər söylənib, video-çarx nümayiş olunub. Sonda tədbirdə fəal iştirakına görə muzeyin direktoru Sahib Məmmədov tərəfindən bir qrup məktəbliyə Fəxri Fərman təqdim olunub.

Şəhid olmuş Şamil Quliyevin xatirəsi anılıb

Şəhid olmuş Şamil Quliyevin xatirəsi anılıb


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar