Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

“Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalının növbəti ünvanı - Ağdaş - ŞƏKİLLƏR

Tarix: 06-04-2019 23:58     Baxış: 3463 A- / A+
“Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalının növbəti ünvanı - Ağdaş


“Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalının növbəti dayanacağı Ağdaş rayonu olub.


Respublikamızın 16 regional mədəniyyət idarəsini əhatə edən rayon və şəhərlərin iştirakı ilə “Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalı Ağdaş rayonunda Heydər Əliyev adına parkda baş tutub.

Festivalda Mədəniyyət Nazirliyinin nümayəndələri, regional mədəniyyət idarələrinin rəisləri, mədəniyyət işçiləri, eyni zamanda Ağdaş Rayon İcra başçısının birinci müavini İsmayıl Yusifzadə də iştirak edib.

“Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalının budəfəki proqramı Azərbaycan ordusunun qələbəsi ilə nəticələnən Aprel döyüşlərinin üçüncü il dönümünə həsr olunub. Bu məqsədlə festivalın zəngin proqramında qonaqlara regional idarələrin özfəaliyyət dərnəkləri, mədəniyyət işçiləri, musiqiçilərinin ifasında “Azərbaycan”, “Yaşa mənim xalqım”, Qarabağ şikəstəsi “Üç rəngli bayrağım” kimi digər vətənpərvərlik ruhunda olan və birliyə çağırış mesajını verən mahnılar səsləndirilib.

Festivalın sərgi hissəsinə gəlincə, regional mədəniyyət idarələrinin tabeliyində olan şəhər və rayonların sənətkarları və yaradıcı insanları dekorativ tətbiqi sənət nümunələri, müxtəlif mövzularda çəkilmiş rəsm əsərləri, bəzək əşyaları, əl işləri sərgiləyiblər.

Eyni zamanda regional mədəniyyət idarələri sərgidə ziyarətçilərə dünya xalqlarına aid qədim və müasir incəsənət növləri olan ekibanu, kvilinq, qobilen sənətinə aid nümunələr, yağlı boya ilə çəkilmiş natürmortlar, portretlər, peyzajlar, tariximizə aid rəsmlər, eləcə də həm milli, həm də bir çox xalqların qədim və müasir incəsənət növlərinin sintezi ilə hazırlanmış əsərləri də nümayiş etdiriblər.

Ağdaş rayonunda keçirilən festivala rəng qatan anlardan biri isə Ağdaş Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Ağdaş Mədəniyyət Mərkəzinin Kəndirbazlar Folklor Kollektivinin rəhbəri, tanınmış kəndirbaz Məhəmməd Paşayevin kəndir üzərində qonaqlara müxtəlif maraqlı hərəkətləri nümayiş etdirməsi olub.

“Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalı Azərbaycanın regionlarını əhatə etməklə şəhər və rayonların bir-birinin mədəni zənginliyi, sənətkarlıq irsi və incəsənəti ilə tanış olmağa imkan yaradıb. Bölgələr arasında mədəni mübadilənin gücləndirilməsinə, yeni təşəbbüslərə yol açıb.

Qeyd edək ki, Mədəniyyət Nazirliyinin iş planına əsasən respublikamızda ikinci dəfədir ki, “Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalı baş tutur. Bu festival iki ay davam edəcək.

Manevr.az

“Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalının növbəti ünvanı - Ağdaş
“Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalının növbəti ünvanı - Ağdaş
“Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalının növbəti ünvanı - Ağdaş
“Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalının növbəti ünvanı - Ağdaş
“Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalının növbəti ünvanı - Ağdaş
“Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalının növbəti ünvanı - Ağdaş

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar