Sizin Reklam Burada
Xəbər lenti
24-04-2024
23-04-2024
BÜTÜN XƏBƏRLƏR

Prezident Firəngiz Əlizadəni MÜKAFATLANDIRDI

Tarix: 03-04-2019 19:15     Baxış: 3321 A- / A+
Prezident Firəngiz Əlizadəni MÜKAFATLANDIRDI

1967-ci ildə yaradılmış “Aga Khan Foundation” fondu bu il ilk dəfə olaraq musiqi sahəsində beynəlxalq mükafat (“Aga Khan MusicAward”) təsis edib. Bəstəkarlıq sahəsində mükafatın (creation) ilk laureatı azərbaycanlı bəstəkar və pianoçu, 2007-ci ildə UNECSO-nun “Artist for Peace” adına layiq görülmüş Firəngiz Əlizadə olub.
Manevr.az Azərbaycan Bəstəkarlar İttifaqına istinadən xəbər verir ki, Portuqaliyanın paytaxtı Lissabonda 2019-cu ilin laureatlarının təltif edilməsinə həsr olunmuş təntənəli tədbir keçirilib. Bayram konsertindən sonra bəstəkarlıq sahəsində yeganə mükafatı Firəngiz Əlizadəyə Portuqaliya Prezidenti Marselu Rebelu da Soza, Əlahəzrət Ağa Xan və Şahzadə Əmin təqdim edib.

“Аga Khan Foundation” Fondunun press-relizində bəstəkar və pianoçu Firəngiz Əlizadənin müasir akademik musiqi sahəsində görkəmli nailiyyətləri qeyd edilir, vurğulanır ki, onun yaradıcılığında Şərq incəsənətinin mənəvi zənginliyi və yüksək intellektualizmi cəlbedici qüvvə ilə əks olunub. Sevindirici haldır ki, Firəngiz Əlizadənin yaradıcılığı dünya musiqi prosesinə geniş inteqrasiya olunub, dünyanın konsert səhnələrində Hilary Hahn, Yo-Yo Ma, “Kronos Quartet”, “Berliner Philharmoniker”, “Royal Concertgebouw Orkestra”, “New Juilliard Ensemble” kimi aparıcı solistlər və kollektivlər tərəfindən tez-tez ifa olunur.

Laureatların təltif edilməsi mərasimi və konsert Portuqaliya mətbuatında və telekanallarda, “The Daily Star” qəzetində və kütləvi informasiya vasitələrində geniş işıqlandırılıb.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar