Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

“Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalı estafeti Ağstafa rayonuna ötürüb - ŞƏKİLLƏR

Tarix: 01-04-2019 17:29     Baxış: 3473 A- / A+
“Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalı estafeti Ağstafa rayonuna ötürüb

“Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalının növbəti dayanacağı Ağstafa rayonuna olub.

Manevr.az-ın verdiyi xəbərə görə, Respublikamızın 16 regional mədəniyyət idarəsini əhatə edən rayon və şəhərlərin iştirakı ilə “Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalı Ağstafa rayonu Heydər Əliyev adına parkda Gənclər Mərkəzinin qarşısında baş tutub.

Festivalda Mədəniyyət Nazirliyinin nümayəndələri, regional mədəniyyət idarələrinin rəisləri, mədəniyyət işçiləri, eyni zamanda Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev də iştirak edib.

Ağstafa Regional Mədəniyyət İdarəsi festivalın sərgi hissəsində digər rayonlara ozan sənətinin sayılıb-seçilən simli çalğı aləti olan sazın növlərini, toxuculuq və oyma sənətinə aid olan çoxlu sayda əl işlərini, eyni zamanda digər sənətkarlıq nümunələrini nümayiş ediblər.

Bundan başqa, konsert proqramı hissəsində isə Tovuz rayon Aşıq Əsəd Rzayev adına Uşaq Musiqi Məktəbinin şagirdlərindən ibarət “Misri” aşıqlar ansamblı və Ağstafa rayon Uşaq Musiqi Məktəbinin “Günəş” kvartet qrupu və müəllimlərdən ibarət ansamblı uğurla çıxış ediblər. Daha sonra tədbir digər regional idarələrin özfəaliyyət dərnəklərinin, mədəniyyət işçilərinin çıxışları ilə davam edib.

“Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalı Azərbaycanın regionlarını əhatə etməklə şəhər və rayonların bir-birinin mədəni zənginliyi, sənətkarlıq irsi və incəsənəti ilə tanış olmağa imkan yaradıb. Bölgələr arasında mədəni mübadilənin gücləndirilməsinə, yeni təşəbbüslərə yol açıb.

Qeyd edək ki, Mədəniyyət Nazirliyinin iş planına əsasən respublikamızda ikinci dəfədir ki, “Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalı baş tutur. Bu festival iki ay davam edəcək.

Xəbəri paylaş

Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə

Çox oxunanlar

Son yüklənənlər

Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu

Portalımızı dəyərləndirin.

Çox oxunanlar