Sizin Reklam Burada
Xəbər lenti
29-03-2024
28-03-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin fonduna türk musiqi alətlərinin təqdim edilməsi mərasimi keçirilib- ŞƏKİLLƏR

Tarix: 16-03-2019 19:31     Baxış: 3496 A- / A+
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin fonduna türk musiqi alətlərinin təqdim edilməsi mərasimi keçirilib- ŞƏKİLLƏR


Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun dəstəyi ilə Muzey Mərkəzinin akt zalında Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin fonduna türk musiqi alətlərinin təqdim olunması üzrə təntənəli mərasim keçirilib.

Manevr.az Azərtac-a istinadən xəbər verir ki, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Alla Bayramova mərasimi açaraq bildirib ki, Türkiyə vətəndaşları – Türkiyə Xarici İqtisadi Əlaqələr Şurasının (DEİK) Türkiyə-Azərbaycan Biznes Şurasının sədri Səlcuk Akat və musiqi alətləri ustası Feridun Obul muzeyə 12 musiqi aləti – cura, tütək, Qara dəniz bölgəsinin kamançası, Qabaq Kamanı-Kırbız, qoşa-nağara, lavta, nefir, zurna, ney, sipsi və cümbüş (2 ədəd) hədiyyə ediblər.

A.Bayramova qeyd edib ki, muzeyin fondunda olan altı min eksponatın arasında çoxlu hədiyyələr var. O əlavə edib: “Bu gün qardaş Türkiyə təkcə Azərbaycan musiqisinin deyil, musiqi alətləri kolleksiyamızda nümayiş etdirilən ölkələrin musiqisinin təbliğini həyata keçirən muzeyimizin kolleksiyasında layiqli yer tutacaq hədiyyələr təqdim edib”.

Mədəniyyət naziri Əbülfəs Qarayev qonaqları səmimi salamlayaraq qeyd edib ki, bu yaxınlarda ölkəmizin mədəni həyatında əlamətdar hadisə baş verib – Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın mədəniyyət və incəsənət xadimləri ilə görüş keçiriblər. Həmin görüşdə mədəniyyətimizin mühüm məsələləri müzakirə olunub, bir sıra təkliflər irəli sürülüb. Dövlət başçısı ölkəmizin mədəni həyatına dair bir neçə sahə üzrə dərhal müvafiq göstərişlər verib.

Nazir musiqinin və musiqi alətlərinin xalqımızın mədəniyyətində mühüm yer tutduğunu vurğulayıb. O, buna misal olaraq, təkcə özünün deyil, həm də ifa edildiyi bütün alətlərin UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edildiyi Azərbaycan muğamını göstərib.

Ə.Qarayev əlavə edib ki, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi ölkəmizin mədəni həyatında xüsusi yerə malikdir. Bu muzeydə təkcə musiqi

alətləri nümayiş etdirilmir, həmçinin qədim musiqinin və musiqi alətlərinin dirçəldilməsi həyata keçirilir. Muzeyin nəzdində fəaliyyət göstərən qədim musiqi alətləri ansamblı dünyada Azərbaycanın unikal musiqisini təbliğ edir.

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva türk dünyasının ayrılmaz hissələri olan Türkiyə və Azərbaycan arasında dostluq əlaqələrindən və əməkdaşlıqdan bəhs edib. Vurğulayıb ki, bugünkü tədbir türk dünyasının böyük oğlu, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamının daha bir təzahürüdür.

Fondun fəaliyyətindən bəhs edən G.Əfəndiyeva qeyd edib ki, onun başlıca məqsədlərindən biri türk dünyasının mədəni irsinin, o cümlədən musiqisinin qorunub saxlanılması və dünyada təbliğidir. O, türkdilli ölkələrin mədəni irsinin daha dərindən öyrənilməsi və geniş auditoriyaya çatdırılması məqsədilə Fondun himayəsi altında Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin nəzdində “Türk Dünyasının Musiqi Alətləri Mərkəzi”nin yaradılmasını təklif edib.

Türkiyənin Azərbaycandakı səfiri Ərkan Özoral, Türkiyə Xarici İqtisadi Əlaqələr Şurasının Türkiyə-Azərbaycan Biznes Şurasının sədri Səlcuk Akat öz çıxışlarında mədəniyyətin və musiqinin ölkələrimiz və xalqlarımız arasında əlaqələrin möhkəmlənməsində mühüm rolunu qeyd ediblər.

Sonra Alla Bayramova qonaqlara təşəkkür məktubları təqdim edib.

Mərasimin sonunda Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin nəzdində fəaliyyət göstərən qədim musiqi alətləri ansamblının ifasında türk xalq mahnıları və Azərbaycan muğamları səslənib.

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin fonduna türk musiqi alətlərinin təqdim edilməsi mərasimi keçirilib- ŞƏKİLLƏR

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin fonduna türk musiqi alətlərinin təqdim edilməsi mərasimi keçirilib- ŞƏKİLLƏR
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin fonduna türk musiqi alətlərinin təqdim edilməsi mərasimi keçirilib- ŞƏKİLLƏR
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin fonduna türk musiqi alətlərinin təqdim edilməsi mərasimi keçirilib- ŞƏKİLLƏR
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin fonduna türk musiqi alətlərinin təqdim edilməsi mərasimi keçirilib- ŞƏKİLLƏR
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin fonduna türk musiqi alətlərinin təqdim edilməsi mərasimi keçirilib- ŞƏKİLLƏR
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin fonduna türk musiqi alətlərinin təqdim edilməsi mərasimi keçirilib- ŞƏKİLLƏR
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin fonduna türk musiqi alətlərinin təqdim edilməsi mərasimi keçirilib- ŞƏKİLLƏR

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar