Sizin Reklam Burada
Xəbər lenti
24 mart
23 mart
BÜTÜN XƏBƏRLƏR

“Ola bilsin, bizim gücümüzdən xəbərsizdirlər” - Tanınmış bəstəkar

Tarix: 10-03-2019 19:16     Baxış: 327 A- / A+
“Ola bilsin, bizim gücümüzdən xəbərsizdirlər” - Tanınmış bəstəkar

“Çingiz Mustafayevin oxuduğu mahnı normaldır. Mənə elə gəlir ki, “Eurovision”da bizi layiqincə təmsil edə bilər. Ancaq bu müsabiqədə hər şey ölkələrin verdiyi səsdən asılıdır”.
Manevr.az xəbər verir ki, bunu azvision.az -a tanınmış bəstəkar Nailə Mirməmmədli İsrailin Təl-Əviv şəhərində keçiriləcək “Eurovision 2019” mahnı müsabiqəsində ölkəmizi gənc müğənni Çingiz Mustafayevin təmsil etməsinə münasibət bildirərkən deyib.

Bəstəkar vurğulayıb ki, mahnı nə qədər yaxşı olsa da, müsabiqədə yer tutmaq üçün səs yığmaq lazımdır.

“Müsabiqədə səsə və mahnıya görə yer tutulsaydı, mən ağızdolusu danışardım. Orada başqa bir oyun gedir. Kim daha çox səs yığdısa, qalib olur. Mənə elə gəlir ki, Çingiz bizi layiqincə təmsil edə bilər. Kaş, ifaçıların səsi və göstərdiyi şou ilə ölkələrin səsverməsi üst-üstə düşərdi. O gün olsun, yerli bəstəkarları da işlətsinlər, desinlər siz də mahnı yazın. Əks təqdirdə adam yaradıcılığa qarşı bir az həvəssiz olur. Mahnı üçün bizə müraciət etmirlər. Ola bilsin, bizim gücümüzdən xəbərsizdirlər. Bəstəkarlar arasında müsabiqə keçirilsəydi, hamı öz gücünü göstərərdi”.

Qeyd edək ki, Çingiz Mustafayevin “Eurovision 2019” mahnı müsabiqəsində ifa edəcəyi “Truth” adlı mahnının müəllifi bolqarıstanlı-avstriyalı bəstəkar Borislav Milanovadır.


Manevr.az








Adınız:*
E-Mail:
Şərhiniz:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Sorğuya cavab yazın:
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.
Çox gözəl portaldı
Yaxşı portaldı
Yaxşıdı ...anma...
Yaxşı ola bilər
Xoşlamadım



Çox oxunanlar