Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

Nazir mətbuat konfransı keçirəcək - Prezidentin tapşırıqları ilə əlaqədar

Tarix: 04-03-2019 11:41     Baxış: 3346 A- / A+
Nazir mətbuat konfransı keçirəcək - Prezidentin tapşırıqları ilə əlaqədar


Mədəniyyət naziri Əbülfəs Qarayev Azərbaycan Prezidenti İlham Əliyevin mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşdə verdiyi tapşırıqların icrası ilə əlaqədar mətbuat konfransı keçirəcək.

Ə.Qarayev dövlət başçısının tapşırıqlarının icrası istiqamətində görüləcək işləri açıqlayacaq.

Mətbuat konfransı martın 5-də M.F. Axundov adına Azərbaycan Milli Kitabxanasında olacaq.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 1-də mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşüblər. Görüşdə Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar, Bəstəkarlar İttifaqının sədri, xalq artisti Firəngiz Əlizadə, xalq artisti Arif Babayev, Azərbaycanın və SSRİ-nin xalq artisti, Milli Məclisin deputatı Zeynəb Xanlarova, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, xalq artisti Fərhad Bədəlbəyli, Azərbaycanın və SSRİ-nin xalq rəssamı Tahir Salahov və başqaları çıxış ediblər. Onlar mədəniyyət sahəsi ilə bağlı bir sıra təkliflər irəli sürüblər. Sonda Prezident İlham Əliyev qaldırılan vacib məsələlərin həlli ilə bağlı tapşırıqlarını verib. (report)

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar