Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar tədbirlər davam edir - ŞƏKİLLƏR

Tarix: 25-02-2019 16:56     Baxış: 3852 A- / A+
Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar tədbirlər davam edir - ŞƏKİLLƏR

Sumqayıt Regional Mədəniyyət İdarəsinin tabe müəssisələrində Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar silsilə tədbirlər davam edir

Şəhər Mədəniyyət Evində "Şəhid olan şəhərim" adlı ədəbi-bədii gecə keçirilib.
Manevr.az-ın verdiyi xəbərə görə, aparıcılar Mədəniyyət Evinin metodisti Aytən Zeynalova, "Veteranlar" xalq xorunun drijoru Türkan Mahmudova Xocalı soyqırımı haqqında məlumat veriblər. Sonra Şəhər Mədəniyyət Evinin bədii qiraət dərnəyinin üzvləri Şahanə İsmayılova, Fidan Ağahüseynli "Xocalı", Ərtöğrul Mahmudov, Mədinə Vəlizadə "Azərbaycan" şeirlərini söyləyiblər. Daha sonra Leyla Həsənova, Nərmin Məhərrəmova, Ziya Dadaşov, Sənan Muxtarov, Emil Məmmədovun ifasında "Ana harayı" adlı kompozisiya nümayiş olunub, "Şəms" imstrumental ansamblının (bədii rəhbər və konsermester Rasim Hüseynov) üzvləri Aynur Rzayevanın ifasında "Qalmaz belə, qalmaz dünya", İlahə Nəbiqızının ifasında "Amin", Kənan Quliyevin ifasında "Qarabağ şikəstəsi" dinlənilib.

Sumqayıt şəhər Gənclər kitabxanasında
16 saylı tam orta məktəblə birgə keçirilən tədbiri giriş sözü ilə açan kitabxananın müdiri Sona Eminova Xocalıda əliyalın dinc insanlara qarşı qanlı terror aktını sübut edən çoxsaylı faktlardan danışıb, Xocalı Soyqırımının dünyada tanıdılması istiqamətində ölkə rəhbərliyinin genişmiqyaslı fəaliyyətindən söhbət açıb. Sonra oxucuların ifasında şeirlər dinlənilib, ədəbi- bədii kompozisiya nümayiş olunub. Daha sonra ermənilərin qanlı terror aktının nəticələrindən bəhs edən sosial çarx və “Xocalı qətlamı şahidlərin dili ilə” filmi nümayiş olunub, Xocalı soyqırımına aid kitab sərgisi və foto-stend təqdim olunub.

Sumqayıt şəhər Q.Qarayev adına uşaq musiqi məktəbində
keçirilən tədbirdə mövzu ilə əlaqədar çıxışlar dinlənilib, şeirlər ifa edilib. Sonra Sumqayıt şəhər Mərkəzi Uşaq Kitabxanası tərəfindən tərtib olunan və soyqırım haqqında kitab və dövrü mətbuat materiallarını özündə əks etdirən sərgi nümayiş olunub.

Abşeron rayon Ceyranbatan Uşaq incəsənət məktəbinin müəllim və şagird kollektivi Sumqayıtda Xocalı soyqırımı qurbanlarının əziz xatirəsinə ucadılmış abidənin önündə tədbir keçirib. Anım mərasimində məktəbin şagird və müəllimləri abidə önündə çıxış edərək faciə qurbanlarının xatirəsini ehtiramla yad ediblər. Sonra Şəhidlər xiyabanında Qarabağ uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarını ziyarət ediblər.

Qubadlı rayon F.Hüseynov adına uşaq musiqi məktəbində
keçirilən tədbirdə Xocalı soyqırımı haqqında geniş məlumat verilib. Sonra xanəndə müəllimləri Məzahir Məmmədovun ifasında ”Orta segah”, Əfruz Atakişiyevanın ifasında “Talandı torpağımız”, saz şöbəsinin şagirdləri Nəzrin Məlikovanın ifasında “Mixəyi”, Ərəbxan Behbudovun ifasında “Yanıq Kərəm” aşıq havaları, məktəbin tar müəllimi Əfqan İsgəndərovun ifasında “Xaric segah” muğamı səsləndirilib. Qubadlı rayon Tarix-Diyarşünaslıq muzeyində keçirilən “Xocalı-Qan Yaddaşımız” adlı tədbirdə foto-sərgi nümayiş olunub.

Şuşa şəhər Niyazi adına Uşaq İncəsənət Məktəbində
anım mərasimi və rəssamlıq şöbəsi şagirdlərinin əl işlərindən ibarət “Xocalı soyqırımı uşaqların gözü ilə” adlı sərgi keçirilib. Sərgidə şagirdlərdən Mələk Haqveriyeva, Elnur Nuruzadə, Simarə Dərgahova, Nəzrin Həmzəyeva, Rəna Ələkbərzadə, Aynur Bayramlı, Zəhra Həsənli, Mədinə İbizadənin əl işləri maraqla qarşılanıb. Tədbirdə məktəbin direktoru Mirkamil Ağamirov, müəllimlər Amil Məmmədov, Aygün Əsədov, Ellada Məmmədova, Kəmalə Əsədova, Şahnaz Abbasova, Tinatin Nağıyeva, Etibar Əliyevin çıxışları dinlənilib. Sonda şagirdlər Asif Həsənov, Rəvanə Alıyeva, Aysel Əlizadə, Qərənfil Oruclu, Cəmilə Abdıyeva, və başqalarının ifasında “Xocalı – yurdum mənim” adlı əbədi-bədi kompozisiya təqdim olunub.

Zəngilan Şəhər Uşaq Musiqi Məktəbində
keçirilən tədbirdə məktəbin xanəndə müəllimi Tural Salmanov və şagirdləri, saz müəllimi Könül Bayramova şəhidlərə həsr olunmuş musiqilər ifa ediblər.

Sumqayıt Regional Mədəniyyət İdarəsinin
Mətbuat xidməti

Xəbəri paylaş

Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə

Çox oxunanlar

Son yüklənənlər

Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu

Portalımızı dəyərləndirin.

Çox oxunanlar