Sizin Reklam Burada
Xəbər lenti
29-03-2024
28-03-2024
BÜTÜN XƏBƏRLƏR

Mədəniyyət idarəsinin tabe müəssisələrində tədbirlər keçirilib- SUMQAYITDA/ ŞƏKİLLƏR

Tarix: 24-01-2019 15:19     Baxış: 3355 A- / A+
Mədəniyyət idarəsinin tabe müəssisələrində tədbirlər keçirilib- SUMQAYITDA/ ŞƏKİLLƏR


Sumqayıt Regional Mədəniyyət idarəsinin dəstəyi ilə Mərkəzi Uşaq Kitabxanasında S.Rüstəmov adına uşaq incəsənət məktəbi ilə birgə Şərqdə ilk opera yazan qadın bəstəkar Şəfiqə Axundovanın 95 illik yubileyi münasibətilə “Musiqidə yaşanan ömür” adlı musiqi gecəsi keçirilib.

Tədbiri giriş sözü ilə açan kitabxananın multimedia mütəxəssisi Leyla Mahmudova görkəmli incəsənət xadimi, Azərbaycan Respublikasının Xalq artisti Şəfiqə Axundovanın həyatı və yaradıcılığı, S.Rüstəmov adına UİM-in müəlliməsi Vüsalə Həşimova görkəmli bəstəkarın vətən gözəllikləri və vətənpərvərlik mövzusundan bəhs edən mahnıları haqqında məlumat verib. Sonra tədbir iştirakçıları görkəmli bəstəkarın ömür yolundan bəhs edən videofilm izləyiblər. Musiqi gecəsi S.Rüstəmov adına uşaq incəsənət məktəbinin müəllim və şagird kollektivinin təqdim etdiyi konsert proqramı ilə davam edib. Məktəbinin müəllimləri Faiq Şıxbabayev (tar), Zərifə Qurbanova (kamança), və Kamran Qədəşovun (nağara) müşayəti ilə Rövşanə Əliyevanın ifasında “Nədən oldu”, Zərifə Zərbəliyevanın ifasında “Mehriban olaq” mahnıları, Nihad Kamillinin tarda ifa etdiyi “Bayatı Şiraz” muğamı oxucular tərəfindən maraqla qarşılanıb.

Sumqayıtın Tarixi Muzeyinə Sumqayıt şəhər 31 saylı orta məktəbin 3-cü sinif şagirdləri ekskursiya ediblər. Muzeyin əməkdaşı Səidə Səfərova ziyarətçilərə muzeyin eksponatları, muzeyin yarandığı tarixdən bu günədək fəaliyyətindən haqqında məlumat verib, onların suallarını cavablandırıb. Ekskursiya iştirakçıları muzeydə qorunan əşyalar, nümayiş olunan sərgilərlə yaxından tanış olublar.

Sumqayıt Dövlət Rəsm Qalereyası 35№li orta məktəbdə Azərbaycan İnciləri Dünya muzeyində mövzusuna dair mühazirə keçirib. Məqsəd şagirdlərin təsviri incsənət tarixinə dair olan biliklərini artırmaqdır. Qalereyanın əməkdaşı Şahnaz Rzayeva Azərbaycan təsviri incəsənətinin tarixi haqqında geniş məlumat verərək bildirib ki, Azərbaycan ustalarının hazırladığı incəsənət nümunələri hələ erkən dövrlərdən bütün dünyaya yayılmış və bəddi mükəmməliyi ilə şöhrət qazanmışdır. Bu gün də İstanbulda "Topqapı" sarayı, Parisdə "Luvr" , Londonda "Victoriya və Albert", Nyu-Yorkda "Metropoliten" və s. dünya muzeylərində azərbaycan ustalarının hazırladığı incəsənət nümunələrinə rast gəlmək olar. Daha sonra mövzuya uyğun olaraq şagirdlərlə diskusiya aparılıb. Sonda xalq rəssamı Mikayıl Abdullayev haqqında "Rənglə yazılmış tarix " adlı sənədli nümayiş olunub.

Sumqayıt Regional Mədəniyyət idarəsinin
Mətbuat xidməti


Manevr.az


Mədəniyyət idarəsinin tabe müəssisələrində tədbirlər keçirilib- SUMQAYITDA/ ŞƏKİLLƏR
Mədəniyyət idarəsinin tabe müəssisələrində tədbirlər keçirilib- SUMQAYITDA/ ŞƏKİLLƏR
Mədəniyyət idarəsinin tabe müəssisələrində tədbirlər keçirilib- SUMQAYITDA/ ŞƏKİLLƏR

Mədəniyyət idarəsinin tabe müəssisələrində tədbirlər keçirilib- SUMQAYITDA/ ŞƏKİLLƏR
Mədəniyyət idarəsinin tabe müəssisələrində tədbirlər keçirilib- SUMQAYITDA/ ŞƏKİLLƏR
Mədəniyyət idarəsinin tabe müəssisələrində tədbirlər keçirilib- SUMQAYITDA/ ŞƏKİLLƏR
Mədəniyyət idarəsinin tabe müəssisələrində tədbirlər keçirilib- SUMQAYITDA/ ŞƏKİLLƏR
Mədəniyyət idarəsinin tabe müəssisələrində tədbirlər keçirilib- SUMQAYITDA/ ŞƏKİLLƏR
Mədəniyyət idarəsinin tabe müəssisələrində tədbirlər keçirilib- SUMQAYITDA/ ŞƏKİLLƏR

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar