Sizin Reklam Burada
Xəbər lenti
23-04-2024
22-04-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanın Milli Qəhrəmanı Vasili Əliyevin 60 illik yubileyinə həsr olunmuş tədbir keçirib - ŞƏKİLLƏR

Tarix: 16-01-2019 15:57     Baxış: 3391 A- / A+
Azərbaycanın Milli Qəhrəmanı Vasili Əliyevin 60 illik yubileyinə həsr olunmuş tədbir keçirib


Sumqayıt Regional Mədəniyyət idarəsinin Qubadlı rayon Mahmudlu kənd Mədəniyyət evi Qubadlı Rayon İcra Hakimiyyəti ilə birgə əslən Qubadlı rayonundan olan Milli Qəhrəman Vasili Əliyevin 60 illik yubileyinə həsr olunmuş “Vətən məni oğul deyib çağırdı” adlı tədbir keçirib.

Manevr.az-ın verdiyi xəbərə görə, tədbirdə Rayon İcra Hakimiyyətinin, idarə müəssisələrinin məsul işçiləri, təhsil və mədəniyyət sahəsində çalışan əməkdaşlar, şəhidin ailə üzvləri, iş yoldaşları iştirak edibər.

Sonra Vasili Əliyevin keçdiyi şərəfli həyat yolunu əks etdirən video-çarx nümayiş olunub. Tədbirdə Qubadlı Rayon İcra Hakimiyyəti başçısının müavinləri Allahverdi Haqverdiyev, Xoşqədəm Alıyeva çıxış edərək dövlətimiz tərəfindən şəhidlərə və şəhid ailələrinə göstərilən diqqət və qayğıdan danışıblar.

Çıxış edən digər qonaqlardan Qubadlı Rayon Polis İdarəsinin rəis müavini, polkovnik-leytenant İlham Rəsulov isə Milli Qəhrəman haqqında öz təəssüratlarını bölüşüb.

Daha sonra Mahmudlu kənd Mədəniyyət evinin bədii-qiraət dərnəyi üzvlərinin hazırladığı ədəbi-bədii kompozisiya nümayiş olunub, muğam üçlüyünün ifasında musiqilər səslənib.

Sonda ailə üzvləri adından şəhidin həyat yoldaşı polis polkovniki Aygün Əliyeva çıxış edərək tədbirin təşkilatçılarına minnətdarlığını bildirib.

Sumqayıt Regional Mədəniyyət idarəsinin
Mətbuat xidmət


Azərbaycanın Milli Qəhrəmanı Vasili Əliyevin 60 illik yubileyinə həsr olunmuş tədbir keçirib
Azərbaycanın Milli Qəhrəmanı Vasili Əliyevin 60 illik yubileyinə həsr olunmuş tədbir keçirib

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar