Sizin Reklam Burada
Xəbər lenti
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Mikayıl Müşfiqin xatirəsi anıldı - FOTOLAR

Tarix: 07-01-2019 11:34     Baxış: 3404 A- / A+
Mikayıl Müşfiqin xatirəsi anıldı


Xızı rayonunda XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, 30-cu illər repressiyasının qurbanı Mikayıl Müşfiqin xatirəsi anılıb.

Manevr.az-ın verdiyi xəbərə görə, nakam şairin ölümünün 81 illiyinə həsr olunan mərasim Sayadlar kəndində, Mikayıl Müşfiqin xatirə muzeyinin qarşısında Xızı rayon İcra hakimiyyətinin və Sumqayit Regional Mədəniyyət Idarəsi Xızı rayon nümayəndəliyinin təşkilatçılığı ilə keçirilib. Müşfiqin büstü ətrafına toplaşan şair və yazıçılar, elm və incəsənət xadimləri görkəmli poeziya ustadının həyat və yaradıcılığından, onun ədəbiyyatımızda tutduğu mövqedən söhbət açıb, Müşfiq poeziyasının gənc nəslin milli mənlik şüurunun inkişafında, vətənpərvərlik tərbiyəsində əvəzsiz rolundan danışıblar. Qeyd ediblər ki, Sovet imperiyasının repressiya dalğasına tuş gələn Mikayıl Müşfiq 1938-ci il yanvarın 6-da amansızlıqla güllələnib. O, cəmi 30 il ömür sürməsinə baxmayaraq, qiymətli bədii irs yadigar qoyub.

Sumqayit Regional Mədəniyyət Idarəsi Xızı rayon uşaq musiqi məktəbində də ölməz şair Mikayıl Müşfiqin xatirəsi anılıb. Anım günündə məktəbin şagirdləri İsmayıl Kərimli və Günel Ağazadənin ifasında Mikayıl Müşfiqin şeirləri dinlənilib.

Sumqayit Regional Mədəniyyət Idarəsinin
Mətbuat xidməti


Mikayıl Müşfiqin xatirəsi anıldı
Mikayıl Müşfiqin xatirəsi anıldı
Mikayıl Müşfiqin xatirəsi anıldı

Mikayıl Müşfiqin xatirəsi anıldı
Mikayıl Müşfiqin xatirəsi anıldı
Mikayıl Müşfiqin xatirəsi anıldı

Mikayıl Müşfiqin xatirəsi anıldı
Mikayıl Müşfiqin xatirəsi anıldı
Mikayıl Müşfiqin xatirəsi anıldı

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar