Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycan kitabxana tarixində ilk dəfə

Tarix: 29-12-2018 20:57     Baxış: 2374 A- / A+
 Azərbaycan kitabxana tarixində ilk dəfə


Manevr.az bildirir ki, kitabxananın yazıçı ilə birgə layihəsi əsasında uşaqlar üçün kitab nəşr olundu

Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası yazıçı-publisist, şairə, kitabxananın fəal oxucusu Sevinc Ağa Xəlilqızı (Basqallı) ilə birgə layihə həyata keçirilmişdir. Layihə əsasında hazırlanmış “Bu dünyanın fidanları. Дети – сияние планеты” bilinqvistlik (ikidilli) kitab bu gun işıq üzü görmüşdür.

Kitabda Vətənə, torpağa, təbiətə sevgi hissləri aşılanır, uşaq və yeniyetmələrə dostluq, mərdlik, cəsarət, xeyirxahlıq haqqında maraqlı və faydalı məlumatlar verilir. Kitabda vətənpərvərlik mövzusu xüsusi yer alıb. İlk dəfə olaraq oxuculara xeyirxah insan, tanınmış mesenat H.Z.Tağıyevə həsr olunmuş poema təqdim edilir. Kitab şagirdlər, valideynlər, müəllimlər, habelə geniş oxucu auditoriyası üçün nəzərdə tutulmuşdur.

Layihənin rəhbəri, ideya müəllifi, kitabı rus dilinə tərcümə edəni və nəşrin redaktoru tarix üzrə fəlsəfə doktoru, Yasamal rayon MKS-inin direktoru Lətifə Məmmədova, məsləhətçi – filologiya üzrə fəlsəfə doktoru Firudin Qurbansoy, rəyçilər – Əməkdar jurnalist Qafar Əsgərzadə, yazıçı-publisist, Beynəlxalq elmi jurnallar assosiasiyasının sədri Tahir Cəfərli, Təbrizdən olan yazıçı və naşir Hədyə Zəhra Əhmədi, “Sehirli dünya” jurnalının baş redaktoru, Gülzar İbrahimova, layihədə kitabxananın Kifayət Hüseynova, Leyla Abdulrəhimova, Yeganə Qafarova Səbinə Kərimli əməkdaşları iştirak ediblər.

Kitab YUNESKO-nun “İnformasiya hamı üçün” Proqramı Azərbaycan komitəsi və MDB-nin Kitabyayımı Assossiasiyasının təşkilatı dəstəyi ilə hazırlanmışdır.

Kitabın elektron variantı Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə yaradılmış “Azərbaycan ədəbiyyatının virtual kitabxanasında” yerləşdiriləcək.

 Azərbaycan kitabxana tarixində ilk dəfə
 Azərbaycan kitabxana tarixində ilk dəfə
 Azərbaycan kitabxana tarixində ilk dəfə


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar