Sizin Reklam Burada
Xəbər lenti
24-04-2024
23-04-2024
BÜTÜN XƏBƏRLƏR

Rus yazıçı və pedaqoqları haqqında sanballı nəşr işıq üzü gördü - Yaradıcı oxucularımız” layihəsi çərçivəsində

Tarix: 26-12-2018 15:32     Baxış: 2428 A- / A+
Rus yazıçı və pedaqoqları haqqında sanballı nəşr işıq üzü gördü


Manevr.az bildirir ki, dekabrın 25-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının fəxri oxucusu, yazıçı-publisist, politoloq Reyhan Mirzəzadənin “Bəşəri zəkanın rus dahiləri” kitabı işıq üzü gördü. Kitab YUNESKO-nun “İnformasiya hamı üçün” Proqramının Azərbaycan komitəsi və MDB-nin Kitab Yayımı Assosiasiyasının loqoları altında nəşr olunub.

Topluda böyük rus yazıçıları L.N.Tolstoyun, A.P. Çexovun, A.S.Qriboyedovun, M.Qorkinin, V.V. Mayakovskinin, habelə tanınmış rus pedaqoqları A.S. Makarenko, D.K.Uşinski, A.O. Çernyayevski, A.V. Suxomlinski haqqında esselər və elmi tədqiqat yazıları verilib.

Kitabda Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Fövqəladə və Səlahiyyətli səfiri Polad Bülbüloğlunun müəllif Reyhan Mirzəzadəyə ünvanladığı 19 oktyabr və 6 noyabr 2018-ci il tarixli təbrik-təşəkkür məktublarının surəti verilmişdir. Məktublarda dahi rus yazıçısı Lev Tolstoy və tanınmış rus pedaqoqları A.O. Çernyayevski, A.V. Suxomlinskiyə və s. həsr olunmuş elmi məqalələrə və tədqiqatlara yüksək qiymət verilir.

Bu müəllifin rus klassikləri haqqında sayca 6-cı kitabıdır.

Rus yazıçı və pedaqoqları haqqında sanballı nəşr işıq üzü gördü


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar