Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Milli Kitabxanada Aşıq Şəmşirə həsr edilmiş kitabların təqdimatı olub - FOTOLAR

Tarix: 25-12-2018 18:31     Baxış: 3784 A- / A+
Milli Kitabxanada  Aşıq Şəmşirə həsr edilmiş kitabların təqdimatı olub - FOTOLAR

Manevr.az-ın məlumatına görə, bu gün M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında “Aşıq Şəmşir. Biblioqrafiya”, “Dədə Şəmşir ərməğanı”, “Dədə Şəmşirin sənət dünyası” və “Aşıq Şəmşir yaradıcılığında fəlsəfi fikirlər” kitablarının təqdimat mərasimi olub.

Nəşrlər Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Kitabxanası, Azərbaycan Aşıqlar Birliyi, “Aşıq Şəmşir Mədəniyyət Ocağı” İctimai Birliyinin birgə təşkilatçılığı ilə çap edilib.
Milli Kitabxananın direktoru Kərim Tahirov deyib ki, bu il Azərbaycan aşıq yaradıcılığının görkəmli nümayəndəsi, Əməkdar incəsənət xadimi Aşıq Şəmşirin 125 illiyi Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə ölkəmizdə silsilə tədbirlərlə qeyd edilib.
Vurğulayıb ki, qədim saz havalarının və dastanların mahir ifaçısı kimi tanınan el sənətkarı, yaradıcılığı boyunca xalqın duyğu və düşüncələrini, ana yurdun təbiət gözəlliklərini vəsf edib. Ustad aşıqlardan çox şey görüb-götürən Aşıq Şəmşir şifahi xalq ədəbiyyatımızın dərin bilicisi, mahir dastan ifaçısı olmaqla yanaşı, həm də bədii yaradıcılığında Vətən sevgisini, torpağa, yurda məhəbbətini ön plana çəkib. Bu mənada, görkəmli el sənətkarının həyat və yaradıcılığına həsr edilmiş bu nəşrlər gələcək nəsillərin mənəvi-psixoloji tərbiyəsində mühüm rol oynayacaq.
Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı Aşıq Şəmşirin yaradıcılığı haqqında geniş məlumat verib. Bildirib ki, ustad aşıq 1893-cü ildə Kəlbəcər rayonunun Dəmirçidam kəndində görkəmli el sənətkarı, şair Qurbanın ailəsində dünyaya gəlib. Ağdabanlı Qurban Aşıq Ələsgərin müasiri və dostu olub. Sənətkar ailəsində doğulan Şəmşir çox keçmədən el yığıncaqlarında tanınmağa başlayıb.
Dədə Şəmşir qələmə aldığı qoşma, gəraylı, təcnis, bayatı, rübai, qəzəl və müxəmməslərlə Kəlbəcər ədəbi mühitini, eləcə də yazılı və şifahi poeziyamızın ən vacib cəhətlərini ustalıqla mənimsəyən söz sənətkarı kimi öz məktəbini yaradıb.
Şəmşirin qeyri-adi səsi və çalğısı saz-söz sərrafı olan Kəlbəcər ellərində yüksək dəyərləndirilib, ustad sənətkarın orijinal ifaçılığı və şairliyi müqayisəedilməzdir. Nadir istedad və fitrət sahibinin lent yazıları bu günümüzədək gəlib çatıb. M.Qasımlı söyləyib ki, Dədə Şəmşirin yaradıcılığına həsr edilmiş kitabların işıq üzü görməsi əslində, onun irsinin gələcək nəsillərə çatdırmaqdan ibarətdir. Aşıq Şəmşirin həyat və yaradıcılığına həsr olunmuş “Aşıq ürəkli şair, şair ürəkli Aşıq Şəmşir”, “Saxla izimi, dünya”, “Dədə Şəmşir yaddaşlarda” kitabları bu günədək oxucular tərəfindən rəğbətlə qarşılanıb. “Aşıq Şəmşir. Biblioqrafiya”, “Dədə Şəmşir ərməğanı”, “Dədə Şəmşirin sənət dünyası”, “Aşıq Şəmşir yaradıcılığında fəlsəfi fikirlər” kitabları da rəğbətlə qarşılanacaq, hətta Şəmşir irsinin öyrənilməsi və araşdırılması üçün elmi tədqiqat mənbəyi olacaq.
Əməkdar elm xadimi, professor Qəzənfər Paşayev vurğulayıb ki, Aşıq Şəmşir irsinin öyrənilməsi və onunla bağlı respublikamızın bütün regionlarında silsilə tədbirlərin təşkil olunması təqdirəlayiq haldır: “Ulu öndər Heydər Əliyev deyirdi ki, görkəmli şəxsiyyətlərimizlə bağlı tədbirlərin keçirilməsi, həm də ona xidmət edir ki, onları dünya tanımalıdır. Bu gün tarixi şəxsiyyətlərimizin xatirəsi əziz tutulur, onların yaradıcılığına dövlət səviyyəsində ehtiram göstərilir. Əlbəttə, XX əsr Azərbaycan aşıq poeziyasının görkəmli nümayəndələrindən biri Aşıq Şəmşir yaradıcılığı da bu sırada qərarlaşır”.
“Aşıq Şəmşir” mədəniyyət ocağı ictimai birliyinin sədr müavini Həbib Misirov tədbirin təşkilatçılarına və kitabların müəlliflərinə Qənbər Şəmşiroğlunun təşəkkürlərini catdırdı. Bildirdirdi ki. Dövlətimiz tərəfindən hər zaman Aşıq Şəmşirin yaradıçılığına xüsusi diqqət və qayğı göstərilibdir. Məhz ulu öndər Heydər Əliyev Aşıq Şəmşirin anadan olmasının 110-ci ildönümü ilə sərəncam imzalamışdır. Sərənçamla Göygöl rayonunda büstü ucaldılıb, adına musiqi məktəbi və küçə verilibdir. Bu gündə Ulu öndərin siyasi kursunun layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən milli-mənəvi dəyərlərimizə, incəsənətimizə qayğı yüksək xəttlə davam etdirilir. Bunun nümünəsidir ki,möhtərəm Prezidentimizin sərəncamı ilə ustad sənətkar Aşıq Şəmşirin 125-çi ildönümü ölkəmizdə geniş şəkildə qeyd edildi.
Çıxış edən digər natiqlər Aşıq Şəmşir yaradıcılığından və yeni nəşrlərin önəmindən bəhs ediblər. Kitabxananın direktoru Tahir Kərimova və kitabın müəllifləri Nağdəli Zamanova, Mirvari xanim Verdiyevaya və Musa Nəbioğluna “Aşıq Şəmşir” Mədəniyyət Ocağı ictimai birliyinin fəxri diplomları təqdim edildi. Tədbir çərçivəsində qonaqlar “Aşıq Şəmşir – 125” adlı kitab sərgisi ilə tanış olublar.

Manevr.az

Xəbəri paylaş

Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə

Çox oxunanlar

Son yüklənənlər

Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu

Portalımızı dəyərləndirin.

Çox oxunanlar