Sizin Reklam Burada
Xəbər lenti
24-04-2024
23-04-2024
BÜTÜN XƏBƏRLƏR

Udmurt Milli Kitabxanasında ümummilli lider Heydər Əliyevin anım günü keçirildi -Beynəlxalq layihələr çərçivəsində

Tarix: 14-12-2018 20:52     Baxış: 2425 A- / A+
 Udmurt Milli Kitabxanasında ümummilli lider Heydər Əliyevin anım günü keçirildi



Manevr.az bikdirir ki, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin təşəbbüsü ilə Beynəlxalq layihə çərçivəsində Udmurt Milli Kitabxanasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anım günü keçirildi.

Udmurt Milli Kitabxanasının əməkdaşları tərəfindən mövzu ilə əlaqədar kitab sərgisi hazırlanmış və onun şərhi təşkil olunmuşdur.

Kitab sərgisi Heydər Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycan dövlətçiliyinin müasir şəraitdə formalaşması haqqında məlumatları əks etdirirdi. Tanınmış tarixçi, Rusiyanın və Cənubi Qafqazın daxili siyasi problemləri haqqında nəşrlərin müəllifi Stanislav İvanoviç Çernyavskinin “Novıy put Azerbaydjana” («Новый путь Азербайджана») və “İstoriya Azerbaydjana” («История Азербайджана») kitabları bu haqda məlumat verir.

Sərgidə nümayiş olunan Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında münasibətlərdən bəhs edən E.İ.Pivovarın “Rossiysko-azerbaydjanskiye otnoşeniya. konets XX – naçalo XXI veka” («Российско-азербайджанские отношения. Конец XX – начало XXI века»), D.Y.Furmanın “Azerbaydjan i Rossiya: obşestvo i qosudarstvo” («Азербайджан и Россия: общество и государство») kitabları sərgi iştirakçılarının diqqətini daha çox cəlb etmişdir. Bu kitablarda Rusiya-Azərbaycan münasibətlərin təməlinin qoyulmasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin böyük rolu əks olunmuşdur.

Kitab sərgisində həmçinin, Heydər Əliyevin qurultaylarda, çıxışlarda, onunla müsahibələri əks etdirən kitablar da nümayiş olunmuşdur. Sərgi iştirakçılarına “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev” adlı interaktiv plakat nümayiş olundu.

Xəbər verdiyimiz kimi, Udmurt Respublikası Milli Kitabxanasının 100 illik yubileyinə həsr olunmuş tədbirlər zamanı Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi və Udmurt Milli Kitabxanası arasında əməkdaşlıq haqqında sazış imzalanmışdır. Sazış çərçivəsində uşaq, yeniyetmə və gənclər üçün layihələrin həyata keçirilməsi, kitabxanada “Azərbaycan guşəsi”nin açılması və s. tədbirlər planlaşdırilır

 Udmurt Milli Kitabxanasında ümummilli lider Heydər Əliyevin anım günü keçirildi
 Udmurt Milli Kitabxanasında ümummilli lider Heydər Əliyevin anım günü keçirildi
 Udmurt Milli Kitabxanasında ümummilli lider Heydər Əliyevin anım günü keçirildi


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar