Sizin Reklam Burada
Xəbər lenti
22-04-2024
BÜTÜN XƏBƏRLƏR

“Aşıq Şəmşir” Mədəniyyət Ocağı beynəlxalq forumda ölkəmizi təmsil edib FOTOLAR

Tarix: 04-12-2018 14:49     Baxış: 4298 A- / A+
“Aşıq Şəmşir” Mədəniyyət Ocağı beynəlxalq forumda ölkəmizi təmsil edib FOTOLAR

Moskvada UNESCO ilə rəsmi tərəfdaşlıq edən Qeyri-Hökumət Təşkilatlarının (QHT) beynəlxalq forumu keçirilib. “Bəşəriyyətin ortaq faydası üçün elm” mövzusunda keçirilən forumda Azərbaycanı “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin sədr müavini Fazil Qasımov təmsil edib.


Manedvr.az
-ın məlumatına görə İctimai Birlikdən sia-ya bildirilib ki, UNESCO ilə rəsmi tərəfdaşlıq edən QHT rəhbərləri, BMT və UNESCO ekspertləri, Rusiyanın hökumət rəsmiləri və beynəlxalq səviyyədə tanınmış elm xadimlərinin iştirakı, Rusiya Elmlər Akademiyası və Rusiya Sülh Fondunun təşkilatçılığı ilə reallaşan forumda elmin nailiyyətləri və inkişaf perspektivləri müzakirə olunub. UNESCO baş direktorunun müavini Qu Xing açılış nitqində, cəmiyyətdə baş verən mühüm dəyişikliklər haqqında bilik və təcrübələrin paylaşılmasına imkan yaradan bu forumda bəşəriyyətin problemlərinə mütərəqqi yanaşmalar irəli sürüləcəyinə əminliyini ifadə edib.

Forumda çıxış edən Rusiyanın xarici işlər naziri Sergey Lavrov qeyd edib ki, elmi diplomatiya artıq bütün bəşəriyyətin inkişafını təmin edən bir reallığa çevrilib: “Bu gün dünya sürətli dəyişiklik mərhələsindədir. Dayanıqlı inkişafı təmin etməkdə maraqlı olanların, o cümlədən elm adamlarının və cəmiyyətin səylərini birləşdirməsi indi daha böyük əhəmiyyət kəsb edir.”

S.Lavrov, dünyanın 51 ölkəsindən alimlərin, vətəndaş hərəkatı rəhbərlərinin iştirakı ilə baş tutan bu forumun xalqlar arasında qarşılıqlı anlayış və inam mühitini gücləndirməyə töhfə verəcəyini bildirib.

Rusiya Dövlət Dumasının beynəlxalq əlaqələr komitəsinin rəhbəri, Rusiya Sülh Fondunun sədri Leonid Slutski bildirib ki, alimlər arasında əməkdaşlıq və təmasların sıxlaşması dünyada sülhün möhkəmlənməsinə xidmət edəcək.

Ölkəmizi forumda təmsil edən “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin sədr müavini Fazil Qasımov Rusiya Elmlər Akademiyasının (REA) prezidenti Aleksandr Sergeyevə dəvətə görə təşəkkürünü bildirib və Azərbaycan alimlərinin inkişafında, eləcə də ölkəmizdə elmi mühitin formalaşmasında REA-nın mühüm rol oynadığını vurğulayıb. UNESCO ilə Azərbaycanın folklorşünas alimləri arasında körpü qurmağa səy göstərdiyini qeyd edən Fazil Qasımov, İctimai Birlik tərəfindən folklor irsinin öyrənilməsi sahəsində beynəlxalq layihələrə start verildiyini bildirib. Azərbaycanda elmi inkişafa ölkə başçısı səviyyəsində diqqət göstərildiyini vurğulayıb natiq respublikanın ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə yeni Dövlət Proqramının qəbul edildiyini bildirib.

İki gün davam edən forumda, “Beynəlxalq əməkdaşlıq və qlobal təhlükəsizlik faktoru kimi elmi diplomatiya”, “Təfəkkürümüzdəki elm, dövrümüz üçün elm”, “Tarixi yaddaş və elm diplomatiyası”, “Təhsil üçün elm, elm üçün təhsil”, “Yeni dünya düzəni üçün perspektivlər”, “Elmin sosial məsuliyyəti: siyasətin formalaşmasına töhfə verə bilən sosial institut kimi elm”, “Yeni texnoloji inqilabın humanitar aspektdən qiymətləndirilməsi”, “Elm və əxlaq”, “Elmdə qadının rolu”, “XIX əsrdə sülhün və stabilliyin qarantı: elm əsaslı dayanıqlı həll”, “Dayanıqlı inkişaf: Elmin məsuliyyəti və vətəndaş cəmiyyətinin rolu” və s. mövzularda çoxsaylı plenar sessiyalar, seminarlar, panel müzakirələri keçirilib.
“Aşıq Şəmşir” Mədəniyyət Ocağı beynəlxalq forumda ölkəmizi təmsil edib FOTOLAR

“Aşıq Şəmşir” Mədəniyyət Ocağı beynəlxalq forumda ölkəmizi təmsil edib FOTOLAR



Manedvr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar