Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

Dneprdə Qara Qarayevin 100 illiyi qeyd edildi

Tarix: 04-12-2018 06:58     Baxış: 3286 A- / A+
Dneprdə Qara Qarayevin 100 illiyi qeyd edildi

Ukraynanın Dnepr şəhərində Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının və görkəmli Azərbaycan bəstəkarı və pedaqoqu, SSRİ Xalq artisti Qara Qarayevin anadan olmasının 100 illiyi ilə bağlı konsert təşkil olunub.


Manevr.az
-ın trend-ə istinadən məlumatına görə, Dnepr şəhərində fəaliyyət göstərən Müslüm Maqomayev adına Beynəlxalq Fondun, Dneprpetrovsk Azərbaycanlıları Konqresi və Dneprpetrovsk Azərbaycanlıları Liqasının birgə təşkilatçılığı ilə keçirilən yubiley gecəsində ölkəmizin Ukraynadakı səfiri Azər Xudiyev, Dnepretrovsk Vilayət Deputatlar Şurasının sədri Qleb Priqinov, tanınmış elm və incəsənət xadimləri, diaspor nümayəndələri iştirak ediblər.

Q.Qarayevin dünya musiqi mədəniyyətinin nadir simalarından biri olduğunu deyən səfir A.Xudiyev bildirib ki, dahi bəstəkarın dərin məzmunlu, zəngin, milli gerçəklik hüdudlarından kənara çıxan, musiqiləri ümumbəşər mədəniyyətinin ən nadir səhifələrindən biri kimi əhəmiyyətlidir. Q.Qarayev milli musiqimizə yeni məzmunla yanaşı, müasir ifadə vasitələri, yeni janrlar gətirib. Bəstəkar həm klassikaya arxalanıb, həm də müasir məzmunlara müraciət edib.

Diplomat, həmçinin Azərbaycan Xalq Cümhuriyyətinin yaranması tarixindən söz açaraq AXC-nin xalqımızın qədim dövlətçilik ənənələrini yaşadaraq, həmin dövr üçün mütərəqqi hesab edilən dövlət təsisatlarının yaradılmasına nail olduğunu söyləyib.

Dnepretrovsk Vilayət Deputatlar Şurasının sədri Q.Priqinov çıxış edərək bu cür tədbirlərin keçirilməsinin Azərbaycan ilə Ukrayna arasında mədəni əlaqələrin inkişafına töhfə verdiyini vurğulayıb. O birgə mədəni layihələrin davam etdirilməsinin vacibliyini qeyd edib.

Müslüm Maqomayev adına Beynəlxalq Fondun sədri Hafiz Aslanov isə çıxışında Dneprdə Azərbaycanın dahi şəxsləri ilə bağlı tədbirlərin keçirilməsinin artıq ənənə halını aldığını qeyd edib. O, bu cür tədbirlərin davam etdiriləcəyini bildirib.

Sonra Azərbaycanın Xalq artisti Yalçın Adıgözəlovun dirijorluğu ilə Dnepr Dövlət Simfonik Orkestrinin ifasında Qara Qarayevin əsərləri səsləndirilib.



Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar