Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
BÜTÜN XƏBƏRLƏR

"Altın kelebek"də Xatirə qalmaqalı: "Nə işim var gecə klubunda?"

Tarix: 02-12-2018 22:55     Baxış: 2380 A- / A+
"Altın kelebek"də Xatirə qalmaqalı: "Nə işim var gecə klubunda?"

Müğənni Xatirə İslam "Altın Kelebek" mükafatlandırma mərasimində hörmətsizliklə üzləşib.


Manevr.az
axsam.az-a istinadən xəbər verir ki, bu barədə ifaçı özü məlumat verib. O bildirib ki, onun ifası yarımçıq kəsilərək yerinə reklam verilib:

"Murad Dadaşovun işçiləri mənə dedi ki, Xatirə xanım, axıra kimi gəlməlisiniz. Onda axıra kimi də gələrdiniz də, bu qədər də hörmətsizlik eləmək olmaz axı. Hörmətli "M Group" və onun çox hörmət etdiyim əməkdaşları, mən ora lazım idimsə, niyə mənim ifamı kəsib, efirdə hansısa reklam verilib? Yox, əgər lazım deyildimsə, onda niyə mənə bu qədər zəng edib dəvət edirdiniz? Bu gün mənə düz 4 dəfə zəng etmisiniz. Mən də saat 1-dən gözəllik salonundayam. Niyə mən öz körpəmə, həyat yoldaşıma ayırdığım vaxtı sizə verməliyəm? Siz də onun müqabilində belə hörmətsizlik eləməlisiniz? Bu nə deməkdir? Mən heç bilmirəm bu kimin günahıdır. Efirinmi, yoxsa, təşkilatçılarınmı? Buna nə ad vermək olar?".

Sənətçi 40 dərəcə qızdırma ilə səhnəyə çıxdığını qeyd edib:

"Deyə bilərdim ki, xəstəyəm, özümü pis hiss edirəm. Gəlməyə bilərdim. Öldürməyəcəkdiniz ki məni. Amma mən onu eləmədim, özümü, ailəmi pis vəziyyətə qoydum, gəldim konsertə. Övladım ac qalıb bu gün. Amma mən söz vermişdim. Gəldim. Şərt o deyil ki, bilet satdınız, adam yığdınız konsertə. Belə proyekt eləmirlər. Yenə deyirəm, Murad Dadaşova söz vermişdim, getdim. Yoxsa, mən elə yerlərdən yüksək qonorar alıram. Mənim nə işim var gecə klublarında".


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar