Sizin Reklam Burada
Xəbər lenti
24-04-2024
23-04-2024
BÜTÜN XƏBƏRLƏR

YUBİLEYLƏR SİLSİLƏSİ LAYİHƏSİ ÇƏRÇİVƏSİNDƏ TƏDBİRLƏR DAVAM EDİR

Tarix: 29-11-2018 16:03     Baxış: 2535 A- / A+
YUBİLEYLƏR SİLSİLƏSİ LAYİHƏSİ ÇƏRÇİVƏSİNDƏ TƏDBİRLƏR DAVAM EDİR


“İmran Qasımov – insansevər və məhəbbət yazıçısıdır” tədbirində Orenburq kitabxanası da iştirak etdi

Manevr.az bildirir ki, 28 noyabr tarixində Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon MKS-i M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası Xalq yazıçısı, dramaturq, ssenarist, yazıçı-publisist, 3 ordenə layiq görülən İmran Qasımovun 100 illik yubileyi ilə əlaqədar tədbir keçirildi. Tədbir 158 №-li tam orta məktəbin 8-ci sinif şagirdlərinin və Azərbaycan dili və ədəbiyyat müəllimi Humay Əhmədovanın iştirakı ilə keçirildi.

Tədbirdə Orenburq vilayətinin Orenburq rayonunun “Podqorodnyaya Pokrovka Mədəniyyət və Kitabxana Xidməti Mərkəzi”nin nəznindəki modern kitabxananın müdiri Vera Mixaylovna Filippova iştirak edərək, Orenburq kitabxanalarında olan İmran Qasımovun kitablarından məlumat verdi.

Tədbiri giriş sözü ilə Yasamal rayon MKS-inin direktoru, YUNESKO-nun “İnformasiya hamı üçün” Proqramının Azərbaycan Komitəsinin sədri Lətifə Məmmədova açaraq, İmran Qasımovun həyat və yaradıcılığı haqqında ətraflı məlumat verdi. O, qeyd etdi ki, İmran Qasımov Azərbaycan ədəbiyyatının inkişafında mühüm xidmətləri olan ədiblərdən biridir. Ziyalı ailəsində dünyaya göz açan yazıçı əmək, dostluq, müharibə mövzularına xüsusi önəm verib. İmran Qasımov 1975-ci ildən ömrünün sonunadək Azərbaycan Yazıçılar İttifaqının birinci katibi olmuşdur. Onun 25 xarici dillərə tərcümə olunan “Uzaq sahillərdə” filmi dillər əzbəri olmuşdur. L.Məmmədova qeyd etdi ki, Azərbaycan Respublikasının 28 iyun 2018-ci il tarixli “İmran Qasımovun 100 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncamına əsasən Yasamal rayon MKS-ində İmran Qasımovun 100 illik yubileyi ilə bağlı silsilə tədbirlər təşkil olunur.

Daha sonra Yasamal rayon MKS-inin direktoru Lətifə Məmmədova 158 №-li tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Humay Əhmədovanı Azərbaycan ədəbiyyatını və mədəniyyətini yüksək pedaqoji bacarıqla şagirdlər arasında təbliğ etməyinə, Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin tədbirlərində fəal iştirakına görə YUNESKO-nun “İnformasiya hamı üçün” Proqramının Azərbaycan Komitəsinin Təşəkkürnaməsi ilə təqdim etdi.

Tədbir iştirakçılarına İmran Qasımovun kitablarının virtual sərgisi, yazıçının həyat və yaradıcılığını əks etdirən virtual foto-albom təqdim

olundu. İmran Qasımovun ssenari müəllifi olduğu “Uzaq sahillərdə”, “Bizim küçə”, “İnsan məskən salır”, “Onun böyük ürəyi” filmlərdən fraqmentlər nümayiş olundu.

YUBİLEYLƏR SİLSİLƏSİ LAYİHƏSİ ÇƏRÇİVƏSİNDƏ TƏDBİRLƏR DAVAM EDİR
YUBİLEYLƏR SİLSİLƏSİ LAYİHƏSİ ÇƏRÇİVƏSİNDƏ TƏDBİRLƏR DAVAM EDİR
YUBİLEYLƏR SİLSİLƏSİ LAYİHƏSİ ÇƏRÇİVƏSİNDƏ TƏDBİRLƏR DAVAM EDİR


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar