Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

“Kitabxanaya kitab hədiyyə edirik” aksiyası davam edir -Yasamal rayon MKS-inə müəllifin hədiyyəsi

Tarix: 27-11-2018 13:13     Baxış: 2459 A- / A+
“Kitabxanaya kitab hədiyyə edirik” aksiyası davam edir


Manevr.az
xəbər verir ki, Yazıçılar Birliyinin “Natavan” klubunda yazıçı-publisist Zöhrə Əsgərovanın “Одиссея «Корабля дураков» kitabının təqdimatı keçirilmişdir. Təqdimatı “Ədəbiyyat” qəzetinin əməkdaşı, şair Sərvaz Hüseynoğlu açmışdır. O, müəllifin milli-mənəvi dəyərlərə, dünya mədəniyyətinə həsr etdiyi kitablar haqqında danışdı. Və qeyd etdi ki, Zöhrə Əsgərova kulturologiya sahəsində apardığı araşdırmalarda aktual problemlərə özünəməxsus təhlillər verməyi bacaran yazıçıdır. Bu mövzular “Talelərə yazılan musiqi”, “Tarixi yaddaş və qondarma əhvalatlar” kitabında öz geniş əksini tapmışdır. Yazıçının incəsənət sahəsinin bir çox janrlarına həsr olunan kitablarında fəlsəfi düşüncələr, milli-mənəvi dəyərlərimizin inkişafındakı tarixi nailiyyətlər qələmə alınmışdır.

Tədbirdə Heydər Əliyev adına Sarayın direktoru Fərhad Babayev, Bakı şəhər Mədəniyyət Baş İdarəsinin Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru, YUNESKO-nun “İnformasiya hamı üçün” Proqramının Azərbaycan komitəsinin sədri, tarix doktoru Lətifə Məmmədova, veteran-jurnalist İntiqam Mehdiyev, yazıçı-politoloq Reyhan Mirzəzadə, jurnalst Firuzə Nadir, jurnalist Eldar Həsənov, Əməkdar artist Suqra Bağırzadə, Gənclər və İdman Nazirliyinin məsul işçisi Məryəm Qafarzadə və başqaları çıxış etmişlər.

“Одиссея «Корабля дураков» kitabında əsasən sürrealizm janrında yaradan insanların fərqli təfəkkürü, yaradıcılıq axtarışları müəllif tərəfindən hərtərəfli təhlil edilmişdir. Kitabda müəllif oxucuları dünya mədəniyyətinin inkişafında əvəzsiz xidmətləri olan dahi insanlarla daha yaxından tanış edir.

Kitabın müəllifi, yazıçı-publisist Zöhrə Əsgərova “Одиссея «Корабля дураков» kitabını Yasamal rayon MKS-inə hədiyyə etdi.

İctimaiyyətin və ziyalıların xahişi ilə Yasamal rayon MKS-inin təşəbbüsü ilə təşkil olunan “Kitabxanaya kitab hədiyyə edirik” aksiyasının vaxtı uzadılıb.

“Kitabxanaya kitab hədiyyə edirik” aksiyası davam edir
“Kitabxanaya kitab hədiyyə edirik” aksiyası davam edir
“Kitabxanaya kitab hədiyyə edirik” aksiyası davam edir



Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar