Sizin Reklam Burada
Xəbər lenti
17 oktyabr
16 oktyabr
BÜTÜN XƏBƏRLƏR

DAHA BİR UĞURLU VƏ DAVAMLI LAYİHƏ - Kitabxana mütəxəssisləri üçün təşkil olunmuş növbəti treninq başa çatdı

Tarix: 21-11-2018 14:51     Baxış: 2265 A- / A+
DAHA BİR UĞURLU VƏ DAVAMLI LAYİHƏ


Manevr.az bildirir ki, Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, YUNESKO-nun “İnformasiya hamı üçün” Proqramının Azərbaycan Komitəsinin və Yasamal rayon MKS-inin təşkilati dəstəyi ilə növbəti treninq məşğələlər təşkil olunmuşdur.

Treninqin əsas məqsədi Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 20 aprel tarixli Sərəncamı ilə yaradılmış “Azərbaycan ədəbiyyatının virtual kitabxanası”nda, habelə Mədəniyyət Nazirliyinin təşkilatı dəstəyi ilə Facebook səhifəsi və YouTube kanalında fəaliyyət göstərən “Kitabsevər uşaqlar“ lahiyələrinin davamlığının təmin edilməsi olmuşdur.

2018-ci ilin 12-17 noyabr tarixlərində təşkil olunmuş məşğələlərdə 21 kitabxana mütəxəssisi iştirak etmiş, onlardan 4-ü distant təhsil almışdırlar. Treninq iştirakçıları “Kitabxanalarda tətbiq olunan innovativ layihələr” (Pərviz Kazımi), “Gənclər sosial şəbəkələrdə” (Oruc Quliyev), “Corel Draw proqramı ilə tanışlıq, alətlər paneli, maketin ölçülərinin təyini” (Günay Həsənova), “Azərbaycan ədəbiyyatının virtual kitabxanası:ədəbiyyatın seçilməsi, təhlükəsizlik məsələləri, müəllif hüquqları” (Emin Bədəlov), “Azərbaycan ədəbiyyatının virtual kitabxanası layihəsinin inkişafı” (Natəvan Mədətzadə), “Kitabsevər uşaqlar” YouTube kanalının təbliği və inkişafı (Arifə Rzayeva), “Kitabsevər uşaqlar” Facebook səhifəsinin izləyiciləri ilə qarşılıqlı əlaqələrinin inkişafı (Əsli İbrahimova), “Videoçarxlarda müasir animasiyalar”, “Sərhədsiz informasiya tribunası” Facebook səhifəsinin inkişafı, oxucu auditoriyasının genişləndirilməsi (Gülşən Quliyeva), “MKS-lərin sosial şəbəkələrdə fəaliyyəti” (Gülünaz İsgəndərova), “Kitabxanalar və oxucuları informasiya cəmiyyətində” (Lətifə Məmmədova) mövzularda məruzələr dinləmişdirlər.

Treninqin sonuncu günü kitabxana mütəxəssislərinə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası və YUNESKO-nun “İnformasiya hamı üçün” Proqramının Azərbaycan Komitəsinin sertifikatları təqdim olunmuşdur.

Yasamal rayon MKS-i tərəfindən Gəncə, Şəki şəhər, Qax, Ağcabədi, Göyçay, Zərdab, Quba, Ucar, Astara, Qusar, Ağdaş rayon MKS-lərinə kitablar hədiyyə edilmişdir.

DAHA BİR UĞURLU VƏ DAVAMLI LAYİHƏ
DAHA BİR UĞURLU VƏ DAVAMLI LAYİHƏ
DAHA BİR UĞURLU VƏ DAVAMLI LAYİHƏ
DAHA BİR UĞURLU VƏ DAVAMLI LAYİHƏ


Manevr.az








Adınız:*
E-Mail:
Şərhiniz:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Sorğuya cavab yazın:
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Sorğu


Portalımızı dəyərləndirin.
Çox gözəl portaldı
Yaxşı portaldı
Yaxşıdı ...anma...
Yaxşı ola bilər
Xoşlamadım



Çox oxunanlar