Sizin Reklam Burada
Xəbər lenti
17 oktyabr
16 oktyabr
BÜTÜN XƏBƏRLƏR

Heydər Əliyev Mərkəzində hiperrealistik əsərlərin sərgisi açılacaq

Tarix: 15-11-2018 15:25     Baxış: 3144 A- / A+
Heydər Əliyev Mərkəzində hiperrealistik əsərlərin sərgisi açılacaq

Noyabrın 29-da Heydər Əliyev Mərkəzində "Hiperrealistik heykəltəraşlıq. Canlıdan seçilmir" (Hyperrealistic Sculpture. Almost Alive) adlı sərgi açılacaq.

Manevr.az xəbər verir ki, mərkəzdən trend-ə verilən məlumata görə, ekspozisiyada Amerika Birləşmiş Ştatları, Avstraliya, Kanada, Makedoniya, Fransa və digər ölkələrdən olan sənətkarların canlı təəssürat yaradan 20 əsəri nümayiş etdiriləcək.

Heydər Əliyev Mərkəzində açılacaq sərgi beş bölmədən ibarətdir. Burada insanı dəqiq təsvir edən obrazlar, monoxrom heykəllər, bədənin müxtəlif hissələrini əks etdirən əsərlər, qeyri-adi ölçülü və deformasiya olunmuş reallığı canlandıran heykəllər təqdim ediləcək.

Sərgidə Dueyn Henson, Daniel Firman, Kerol A.Feyerman, Ceymi Selmon, Corc Siqal, Kit Edmierin, Sem Cinks, Mark Siyan, Jarko Başeski, Patrisia Piççinini, Toni Matelli, Mel Ramos, Matild ter Heyn, Tom Kübler, Robert Qrem və Allen Consun əsərləri nümayiş olunacaq.

1960-cı illərdə yaranan hiperrealistik heykəltəraşlıq 70-ci illərdə inkişaf etməyə başlayıb. Bu sahənin ilklərindən olan Corc Siqal və Dueyn Henson maksimal dərəcədə real, canlı prototipindən fərqlənməyən əsərlər yaradıb.

Ümumiyyətlə isə hiperrealistik heykəltəraşlıq nümunələrini çox asanlıqla canlı adamlarla, real əşyalarla səhv salmaq olar. Müəlliflər insan bədənini - dəri qırışları, saç düzümü və digər xırdalıqları ustalıqla yaradırlar.

"Hiperrealistik heykəltəraşlıq. Canlıdan seçilmir" sərgisi indiyədək İspaniya, Meksika, Danimarka, Avstraliya, Niderland və Almaniyada nümayiş etdirilib.

Sərgi Heydər Əliyev Mərkəzində 2019-cu il martın 10-dək davam edəcək.

Manevr.az








Adınız:*
E-Mail:
Şərhiniz:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Sorğuya cavab yazın:
Saytımızın adının yazın
Cavabınız:*
Kodu yazın: *



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Sorğu


Portalımızı dəyərləndirin.
Çox gözəl portaldı
Yaxşı portaldı
Yaxşıdı ...anma...
Yaxşı ola bilər
Xoşlamadım



Çox oxunanlar