Sizin Reklam Burada
Xəbər lenti
17 oktyabr
16 oktyabr
BÜTÜN XƏBƏRLƏR

"Uşaq Kitabı Həftəsi" təşkil olunacaq

Tarix: 26-10-2018 16:16     Baxış: 2145 A- / A+
"Uşaq Kitabı Həftəsi" təşkil olunacaq


Manevr.az bildirir ki, Ənənəyə sadiq olaraq 1943-cü ildən Rusiya Federasiyasında məktəblilərin yaz tətili günlərində Uşaq Kitabı Həftəsi (Неделя детской книги – "Книжкина неделя - 2019") keçirilir. Kitabxanalarda, kitab mağazalarında (kitab ticarəti müəssisələrində), təhsil ocaqlarında uşaq yazarları ilə görüşlər, təqdimatlar, ədəbiyyat müsabiqələri, ustad-dərslər və s. keçirilir.

Tədbirlərin əsas məqsədi kitabı və mütaliəni uşaqlar arasında təbliğ etmək, uşaqların mütaliə marağını artırmaqdır. Uşaq Kitabı Həftəsinin ənənəvi rəmzi – bədii əsərlərə dair uşaq rəsm müsabiqəsinin keçirilməsidir.

Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi sözügedən müsabiqəyə qoşularaq, Yasamal rayonunun ərazisində fəaliyyət göstərən bütün kütləvi kitabxanalarda 2018-ci ilin noyabr-dekabr və 2019-cu ilin yanvar aylarında Uşaq rəsmi müsabiqəsini təşkil edəcəkdir. Müsabiqədə qalib gələn 10-a qədər ən yaxşı uşaq rəsmi Rusiya Federasiyasında keçirilən müsabiqəyə təqdim olunacaq.

Ənənəvi olaraq müsabiqəyə həmin ilin yubilyarları olan şair və yazıçıların əsərlərinə çəkilmiş rəsmlər təqdim olunur. 2019-cu ildə yubilyarlar sırasına V.Bianki, P.Bajov, İ.Krılov, A.Qaydar, A.Belyayev, E.Voyniç, F.Kuper, N.Ostrovski, K.Doyl daxil edilib.

Azərbaycanın sözügedən müsabiqədə ilk dəfə iştirak etdiyini nəzərə alaraq, müstəsna hal kimi gənc rəssamlara Azərbaycan müəlliflərinin əsərlərindən çəkilmiş şəkilləri müsabiqəyə təqdim edilməsi barədə icazə verilib.

Müsabiqənin münsiflər heyəti 60-a yaxın ən yaxşı rəsmləri seçərək, onları albom şəklində nəşr edəcək. Müsabiqənin qalibi olmuş hər bir uşağın fotosu çəkdiyi rəsmlə birgə sözügedən albomda yerləşdiriləcək. Qaliblərə fəxri fərman, kitab və albom hədiyyə ediləcək.

Müsabiqədə həmçinin, Belarus, Qazaxıstan, Qırğızıstan Respublikalarının gənc rəssamların iştirakı gözlənilir.

Müsabiqədə 5 yaşdan - 11 yaşa qədər və 12 yaşdan - 16 yaşa qədər uşaqlar iştirak edə bilərlər.

5 - 11 yaşlı qruplar üzrə I, II və III yeri qazanan uşaqlara əlavə olaraq elektron planşetlər, 12 - 16 yaşlı qruplar üzrə I, II və III yeri qazanan

uşaqlara isə elektron kitabları oxumaq üçün qurğu hədiyyə olunacaq. Müsabiqənin qaliblərinin təltifolunma mərasimi Moskva Kitab Evində baş tutacaq.

Uşaq rəsmi müsabiqəsinin şərtləri ilə tanış olmaq və ətraflı məlumat əldə etmək üçün M.Ş.Vazeh adına Yasamal rayon Mərkəzi Kitabxanası ilə əlaqə saxlanılmalıdır.

Ünvan: Yasamal rayonu, Zərdabi küç., 68

Telefon: (012) 432-68-11

E-mail: yasamal.mks@mail.ru

"Uşaq Kitabı Həftəsi" təşkil olunacaq
"Uşaq Kitabı Həftəsi" təşkil olunacaq
"Uşaq Kitabı Həftəsi" təşkil olunacaq
"Uşaq Kitabı Həftəsi" təşkil olunacaq


Manevr.az








Adınız:*
E-Mail:
Şərhiniz:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Sorğuya cavab yazın:
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Sorğu


Portalımızı dəyərləndirin.
Çox gözəl portaldı
Yaxşı portaldı
Yaxşıdı ...anma...
Yaxşı ola bilər
Xoşlamadım



Çox oxunanlar