Sizin Reklam Burada
Xəbər lenti
17 oktyabr
16 oktyabr
BÜTÜN XƏBƏRLƏR

“KİNO HƏYATIN BIR ZƏRRƏSİDİR” -Oqtay Mirqasımov

Tarix: 18-10-2018 21:53     Baxış: 2207 A- / A+
“KİNO HƏYATIN BIR ZƏRRƏSİDİR”


Manevr.az bildirir ki, Tanınmış kinorejissor Oqtay Mirqasımovun 75 illik yubileyini kitabxana ictimaiyyəti qeyd edib.

Oktyabrın 18-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və Yasamal rayon MKS-inin birgə təşkilatçılığı ilə Yasamal rayon Heydər Əliyev Mərkəzində Xalq artisti, tanınmış kinorejissor Oqtay Mirqasımovun 75 illik yubileyinə həsr olunmuş “Kino həyatın bir zərrəsidir” adlı tədbir keçirildi.

Tədbiri giriş sözü ilə Yasamal rayon MKS-inin direktoru, tarix elmləri üzrə fəlsəfə doktoru Lətifə Məmmədova açaraq, qonaqları salamladı. O, kinorejissorun yaradıcılıq fəaliyyəti haqqında maraqlı faktlar söylədi və qeyd etdi ki, Oqtay Mirqasımovun yaradıcılığı Azərbaycanın kino tarixində xüsusi yer tutur.

Yasamal rayon İcra Hakimiyyətinin Humanitar şöbəsinin müdiri Zöhrab Cəfərov rayon İcra Hakimiyyəti adından görkəmli kinorejissor, Xalq artisti Oqtay Mirqasımova İcra Hakimiyyətinin səmimi arzularını çatdırdı.

Oqtay Mirqasımovun filmlərinin əhəmiyyətindən danışan Milli Məclisin deputatı Aydın Mirzəzadə vurğuladı ki, bu filmlərdə vətənpərvərlik mövzusu, cəsarət və mərdlik hissləri qabarıq şəkildə təqdim edilir. Aydın Mirzəzadə qeyd etdi ki, kinorejissor Oqtay Mirqasımov Vətənə, onun tarixinə, adət-ənənələrinə böyük məhəbbətlə yanaşır, istedadlı insanları öz əsərlərində əbədiləşdirir. Azərbaycan mədəniyyətindən söhbət açan A.Mirzəzadə qeyd etdi ki, mədəniyyətə və mədəniyyət xadimlərinə diqqət və qayğı Azərbaycan dövlətinin daim diqqət mərkəzindədir. Mədəniyyət xadimləri dövlətin diqqəti ilə əhatə olunublar. Və bu siyasətin təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur. Millət vəkili Azərbaycan xalqının potensialını xüsusi vurğuladı.

Əməkdar incəsənət xadimi, Prezident təqaüdçüsü, görkəmli kino tənqidçisi Aydın Kazımzadə çıxışında qeyd etdi ki, Oqtay Mirqasımov bir neçə sənədli, bədii filmlərin quruluşçu rejissoru və ssenari müəllifidir. Onun filmləri Ümumittifaq və Beynəlxalq kino festivallarında mükafatlar qazanmışdır. A.Kazımzadə rejissorun tərcümüyi-halına, keçdiyi həyat yoluna və şəcərəsinə nəzər saldı, O.Mirqasımov haqqında maraqlı faktlar söylədi. O, qeyd etdi ki, kinorejissor Oqtay Mirqasımov filmlərin çəkilişində musiqiyə böyük əhəmiyyət verir. Onun görkəmli incəsənət xadimləri Qara

Qarayev və Rəşid Behbudov haqqında çəkdiyi filmlər öz orijinallığı ilə seçilir.

Təbrizdən təşrif buyuran həmyerlimiz Hədyə Zəhra Əhmədi O.Mirqasımova dahi Füzulinin qəzəllərini və ustad Şəhriyarın şeirlərini ərmağan etdi.

“Dünya azərbaycanlılarının həmrəyliyinə dəstək” QHT-inin prezidenti Tofiq Əlizadə kinorejissoru yubiley münasibətilə təbrik edərək, ona sənət uğurları arzuladı. T.Əlizadə kinonun əhəmiyyətindən və O.Mirqasımovun istedadından danışdı.

“ELS – Müstəqil Araşdırmalar Mərkəzi” ictimai birliyinin rəhbəri İradə Yaqubova Azərbaycanda istehsal olunan retro filmlərdən söhbət açaraq, onları Azərbaycan kinosunun 120 illik yubileyi ilində yenidən Dövlət televiziyasında nümayiş etdirilməsini və bu məsələ ilə əlaqədar teleşirkətin rəhbərliyinə müraciət etməyi təklif etdi.

Yubiley gecəsində kinorejissorun həyat və yaradıcılığına həsr edilmiş “Oktay Mir-Qasım–75” adlı virtual fotoalbom nümayiş olundu. Tədbirdə Oqtay Mirqasımovun “Это звуки истины”, “Ovsunçu”, “Qisas almadan ölmə”, “1001 qastrol”, “Günaydın, Mələyim”, «Чертик под лобовым стеклом» filmlərindən fraqmentlər göstərildi.

Azərbaycan Milli Konservatoriyasının tələbəsi, Beynəlxalq müsabiqələr laureatı İslam Qasımov “1001 qastrol” sənədli filmindən Rəşid Behbudovun “Ey, Vətən” mahnısını canlı ifa etdi.

Tədbirdə Milli Məclisin deputatı, tanınmış şair və yazıçılar, jurnalistlər, sənət adamları, QHT nümayəndələri, müəllimlər, həkimlər, kitabxananın fəal oxucuları, digər ziyalılar və ictimaiyyət nümayəndələri iştirak etdi.

“KİNO HƏYATIN BIR ZƏRRƏSİDİR”
“KİNO HƏYATIN BIR ZƏRRƏSİDİR”
“KİNO HƏYATIN BIR ZƏRRƏSİDİR”
“KİNO HƏYATIN BIR ZƏRRƏSİDİR”
“KİNO HƏYATIN BIR ZƏRRƏSİDİR”
“KİNO HƏYATIN BIR ZƏRRƏSİDİR”

Manevr.az








Adınız:*
E-Mail:
Şərhiniz:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Sorğuya cavab yazın:
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Sorğu


Portalımızı dəyərləndirin.
Çox gözəl portaldı
Yaxşı portaldı
Yaxşıdı ...anma...
Yaxşı ola bilər
Xoşlamadım



Çox oxunanlar