Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

"Yaşa-yaşa Azərbaycan” adlı tədbir keçirildi - SUMQAYITDA

Tarix: 17-10-2018 11:20     Baxış: 3541 A- / A+
"Yaşa-yaşa Azərbaycan” adlı tədbir keçirildi - SUMQAYITDA


Sumqayıt Regional Mədəniyyət İdarəsinin təşəbbüsü ilə keçirilən tədbirdə "Yardımlı” Xeyriyyə Cəmiyyətinin Sumqayıt şəhəri üzrə koordinatoru Hilal Əliyev, "Tərəqqi” medallı rabitəçi Mehman Ömərov, YAP Sumqayıt şəhər təşkilatının sədr müavini Vəzirxan Ənsərov, Sumqayıt Regional Mədəniyyət İdarəsinin təlimatçısı Bayram Cəfərli, Qubadlı rayon Tarix – Diyarşünaslıq Muzeyinin əməkdaşları, 18 və 41 nömrəli tam orta məktəblərin müəlim və şagird heyəti iştirak ediblər.

Muzeyin kütləvi – ekspozisiya şöbəsinin müdiri Sevinc Əmirova 1918-ci ildə Şərqdə yaradılmış ilk demokratik respublikanın - Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətindən danışıb. Bildirib ki, cümhuriyyət 23 aydan sonra süqut etsə də, xalqımız öz müstəqilliyini 70 ildən sonra, 1991-ci il oktyabrın 18-də yenidən qazandı.

Sonra muzeyin əməkdaşları—elmi katib Sənurə Lazımova, kiçik elmi işçi Zülfiyyə Fətəliyeva "Azadlıqdan müstəqilliyə doğru”, "Yeniləşən Sumqayıt” adlı mühazirələri tədbir iştirakçılarının diqqətinə çatdırıblar. Digər çıxış edənlər - YAP Sumqayıt şəhər təşkilatının sədr müavini Vəzirxan Ənsərov, "Yardımlı” Xeyriyyə Cəmiyyətinin Sumqayıt şəhəri üzrə koordinatoru Hilal Əliyev, Sumqayıtın Tarixi muzeyinin direktoru, "Əməkdar mədəniyyət işçisi” Olya İslamova, Sumqayıt Regional Mədəniyyət İdarəsinin təlimatçısı Bayram Cəfərli, 41 nömrəli tam orta məktəbin tarix müəllimi Samirə Məmmədova və başqaları müstəqil Azərbaycanın nailiyyətlərindən söz açıblar. Vurğulanıb ki, Azərbaycanın suveren dövlət kimi mövcud olması əgər tarixi zərurətdən irəli gələn hadisə idisə, ölkəmizin müstəqilliyinin əbədiliyi və dönməzliyi ümummilli lider Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır. Qeyd olunub ki, məhz Heydər Əliyevin müəyyənləşdirdiyi strateji xəttin uğurla həyata keçirilməsi nəticəsində Azərbaycan bu gün həm siyasi, həm də iqtisadi cəhətdən dünyanın qüdrətli dövlətlərindən birinə çevrilib.

Şeir üzrə şəhər müsabiqəsinin qalibləri olan 4, 17 və 28 nömrəli tam orta məktəblərin şagirdləri – Nüsrət Ağazadə, Fatimə Quliyeva, Aytən Ağazadə, Zəhra Əzizova, Nuray Əliyevanın ifasında mövzu ilə səsləşən şeirlər tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.

Sonda 27 illik müstəqillik tariximizi özündə əks etdirən videoçarx nümayiş olunub.

Manevr.az

"Yaşa-yaşa Azərbaycan” adlı tədbir keçirildi - SUMQAYITDA
"Yaşa-yaşa Azərbaycan” adlı tədbir keçirildi - SUMQAYITDA
"Yaşa-yaşa Azərbaycan” adlı tədbir keçirildi - SUMQAYITDA
"Yaşa-yaşa Azərbaycan” adlı tədbir keçirildi - SUMQAYITDA

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar