Sizin Reklam Burada
Xəbər lenti
18-04-2024
17-04-2024
BÜTÜN XƏBƏRLƏR

Yeni lahiyə: “Şair və yazıçı tribunası”

Tarix: 04-10-2018 20:06     Baxış: 2470 A- / A+
Yeni lahiyə: “Şair və yazıçı tribunası”


Manevr.az bildirir ki, Bakı Mədəniyyət Baş İdarəsinin M.Ş.Vazeh adına Yasamal rayon Mərkəzi Kitabxanası şair və yazıçılarla yaradıcılıq əlaqələri qurub. “Şair və yazıçı tribunası” layihə çərçivəsində qələm sahibləri yeni yazdığı əsərlərini kitabxanaya təqdim edirlər.

Bu gün yazıçı-publisist, şairə Sevinc Ağa Xəlilqızı şəhidlərə həsr olunmuş yeni “Basqal şəhidləri” şerini M.Ş.Vazeh adına Yasamal rayon Mərkəzi Kitabxanasına təqdim etmişdir.

S. Ağa Xəlilqızı Azərbaycan Dövlət Universitetinin (BDU) Biologiya fakültəsini bitirmişdir. İxtisasca fizioloqdur. “Yeni Təfəkkür” qəzetinin müxbiridir. Onun məqalələri 2013-cü ildən “Bütöv Azərbaycan”, “Yeni Təfəkkür” qəzetlərində dərc edilir. 2015-ci ildə “Övladın mənəvi borcu” adlı birinci kitabı nəşr olunmuşdur. Milli Qəhrəmanımız Mübariz İbrahimova, Aprel döyüşlərində şəhid olmuş Elnur Əliyevə həsr olunmuş “Buz heykəli”, “Əsgər anasıyam” və s. şeirlər qəzetdə dərc olunmuşdur.

Sevinc Ağa Xəlilqızının yeni şeiri oxuculara təqdim edirik.

Basqal şəhidləri

Qartallar yuvası, ərlər diyarı!

Basılmaz qaladır,bu qədim Basqal.

Başıqarlı dağlar, zümrüd meşələr.

Duhası gözəldir, şəfalı Basqal.

İgid oğullarla fəxr edir diyar –

Vətən müharibəsi veteranları:

Məmməd, Kazım, Əvəz, Yusiflərdir bu...

Tofiq olub fəxri gözəl Basqalın.

Tarix təkrarlanır – söyləyir zaman,

Düşmən Qarabağa verməyir aman.

Hər kəsin borcudur, Vətən çağrışı!

Bu çağrışa qalxdı, Basqal gəncləri!

Siyavuş atanın Rəmzi balası,

Bir də Hüseynov İbrahim bala.

Qəhrəman olmaq – arzularıydı,

Qarabağ uğrunda, Vətən yolunda!

Şəhid oldu Basqalın hər iki oğlu,

İgidlik məktəbinin şagirdi onlar.

İndi doğma Basqal məmləkətində,

Orta məktəb daşıyır adını, Rəmzi!

Səninlə, İbrahim fəxr edir diyar!

Dastanlar, nağıllar yaşadar sizi.

Şeirlər yazılar mərdliyinizə...

Əbədi yaşamaqçün gəldiz dünyaya.

Qarşınızda baş əyir Basqal kəndiniz,

Azərbaycan adlı məmləkətiniz!

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar