Sizin Reklam Burada
Xəbər lenti
18-04-2024
17-04-2024
BÜTÜN XƏBƏRLƏR

AXC-NİN GÖRKƏMLİ İCTİMAİ, SİYASİ VƏ DÖVLƏT XADİMLƏRİ

Tarix: 30-09-2018 10:12     Baxış: 2707 A- / A+
AXC-NİN GÖRKƏMLİ İCTİMAİ, SİYASİ VƏ DÖVLƏT XADİMLƏRİ


Manevr.az bildirir ki, “Yubileylər silsiləsi” layihəsi çərçivəsində

“AXC-NİN GÖRKƏMLİ İCTİMAİ, SİYASİ VƏ DÖVLƏT XADİMLƏRİ” haqqında sosial şəbəkələrin istifadəçilərinə və oxuculara

videoçarx təqdim olundu


Azərbaycan Xalq Cümhuriyyətinin tarixi xalqımızın dövlətçilik tarixində xüsusi yer tutur. XX əsrin əvvəllərində müsəlman Şərqində despotik monarxiyaların hökm sürdüyü dövrdə demokratik cümhuriyyət dövlət quruluşu formasının seçilməsi həqiqətən tarixi fenomen idi. Azərbaycan xalqının ümummilli lideri, ulu öndər Heydər Əliyev müstəqil Azərbaycan Respublikasını Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğunu qeyd etmişdir. AXC-nin 80 illik yubileyinin ilk dəfə dövlət səviyyəsində qeyd edilməsi məhz Ulu öndərin adıyla bağlıdır.

Bu il Azərbaycan Xalq Cümhuriyyətini yaranmasının 100 illik yubileyi qeyd olunur. Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 2018-ci il tarixli Sərəncamı ilə 2018-ci il ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olunmuşdur.

AXC-nin yubileyi ölkəmizdə və bir çox xarici ölkələrdə təntənəli qeyd olunur. Yaxın günlərdə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva İtaliyada səfərdə olarkən AXC-nin 100 illik yubileyinə həsr olunmuş konfransda çıxış edərək Azərbaycan xalqının qədim dövlətçilik ənənələri haqqında maraqlı məruzə ilə çıxış etdi.

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında “Yubileylər silsiləsi” layihəsi çərçivəsində arxiv materialları əsasında Azərbaycan Xalq Cümhuriyyətinin ictimai və siyasi xadimlərinə həsr olunmuş videoçarx hazırlanmış və oxucuların istifadəsinə verilmişdir.

Videoçarx dahi bəstəkar Üzeyir Hacıbəylinin “Koroğlu“ operasından uvertüra ilə müşaiyət olunur.

Videoçarxın əvvəlində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin AXC haqqında sitatları verilmişdir.

Burada Azərbaycan Xalq Cümhuriyyətinin 27 ictimai, siyasi və dövlət xadiminin fotoşəkilləri və hər biri haqqında qısa bioqrafik məlumat verilmişdir https://www.youtube.com/watch?v=4nHM3iPPGdk

Xatırladırıq ki, “Yubileylər silsiləsi” lahiyəsi davam edir. Layihənin ideya müəllifi və rəhbəri Yasamal rayon MKS-inin direktoru, “İnformasiya hamı üçün” YUNESKO Proqramının Azərbaycan komitəsinin sədri, tarix elmləri üzrə fəlsəfə doktoru Lətifə Məmmədova, koordinator Təranə Heydərovadır.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar