Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

“Müsəlman Şərqində ilk cümhuriyyət” adlı viktorina keçiriləcək

Tarix: 28-09-2018 07:11     Baxış: 2373 A- / A+
“Müsəlman Şərqində ilk cümhuriyyət” adlı viktorina keçiriləcək


Bakı Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemindən Manevr.az-a bildirilib ki, “AXC-nin yubileyi dövlətçilik tariximizdə əbədiləşdirildi” layihəsi çərçivəsində

“Müsəlman Şərqində ilk cümhuriyyət” adlı viktorina keçiriləcək


2018-ci ilin ən böyük tarixi hadisələrindən biri Azərbaycan Xalq Cümhuriyyətinin dövlət səviyyəsində qeyd edilməsidir. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 16 may tarixli “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” və 2018-ci il 10 yanvar tarixli “2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi haqqında” sərəncamlarına əsasən AXC-nin yubileyi təntənəli qeyd olunur.

AXC-nin 100 illik yubileyi ilə əlaqədar Bakı Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində “AXC-nin yubileyi dövlətçilik tariximizdə əbədiləşdirildi” layihəsi uğurla həyata keçirilir. Layihə çərçivəsində Yasamal rayonunun kütləvi kitabxanalarında sərgilər, ”dəyirmi masa”lar, söhbətlər, oxucu konfransları, səyyar mühazirələr təşkil olunur.

Sentyabr ayında Bakının yadellilərdən azad olunmasının 100 illiyi ilə əlaqədar Yasamal rayon MKS-i “İnformasiya hamı üçün” YUNESKO Proqramının Azərbaycan komitəsi, “Kitabsevər uşaqlar” Facebook səhifəsi və YouTube kanalı ilə birgə “AXC-100” adlı viktorina keçirmişdir. Viktorinanın nəticələri yekunlaşdırılır.

Oktyabr ayının 1-dən 10-dək Yasamal rayon MKS-i və “Vışka” qəzetinin redaksiyası “Müsəlman Şərqində ilk cümhuriyyət” adlı növbəti viktorina keçirəcəklər. Viktorinaya 30 sual Azərbaycan dilində, 30 sual isə rus dilində daxil olunub (suallar müxtəlifdir). Viktorinanın sualları “Vışka “ qəzetinin 2018-ci il 28 sentyabr tarixli nömrəsində dərc olunacaqdır.

Viktorinanın qalibləri “Vışka” qəzetinə pulsuz abunə olmaq hüququ qazanacaq və Fəxri fərmanla təltif olunacaqlar.

“Müsəlman Şərqində ilk cümhuriyyət” adlı viktorina keçiriləcək
“Müsəlman Şərqində ilk cümhuriyyət” adlı viktorina keçiriləcək


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar