Sizin Reklam Burada
Xəbər lenti
29-03-2024
28-03-2024
BÜTÜN XƏBƏRLƏR

Mehman Şükürov müşavirə keçirib- FOTOLAR

Tarix: 24-09-2018 15:24     Baxış: 3650 A- / A+
 Mehman Şükürov müşavirə keçirib- FOTOLAR


Manevr.az-ın verdiyi xəbərə görə, Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində baş tutan müşavirəni Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Mehman Şükürov açaraq yeni tədris ilinin başlanması münasibəti ilə musiqi məktəblərinin müəllimlərini təbrik edib, onlara yeni tədris ilində uğurlar arzulayıb, həmçinin, “Bögələrdən bölgələrə” festivalı çərçivəsində keçirilən tədbirlərdə fəal iştirakına görə mədəniyyət işçilərinə təşəkkürünü bildirib.

Daha sonra Mehman Şükürov fəxri adı olmayan və yaşı 65-dən yuxarı olan işçilərin sayının müəyyənləşdirilməsi, mədəniyyət müəssisələrində ödənişli xidmətin təşkili, musiqi məktəblərində aparılan təmir işləri, eləcə də Sumqayıt şəhər Nizami kinoteatrının təmirə bağlanması və Şəhər mədəniyyət Evinin köçürülməsi ilə bağlı fikirlərini bildirib, tapşırıqlarını verib.

İdarə rəisi həmçinin, hesabat konsertlərinin yüksək səviyyədə keçirilməsi ilə bağlı tapşırıqlarını verib, keçirilən tədbirlərin keyfiyyətinin artırılması, mətbuatda işıqlandırılması və KİV nümayəndələrinin tədbirlərə cəlb olunmasının vacibliyini vurğulayıb.

Bundan əlavə, Mehman Şükürov regional idarənin şəbəkəsinə daxil olan mədəniyyət müəssisələri haqqında məlumatların baş idarəyə vaxtında çatdırılması, bu işə məsul olan şəxslərin baş məsləhətçilər tərəfindən müəyyənləşdirilməsi, işinə məsuliyyətsiz yanaşan işçilər haqqında ciddi tədbir görülməsi ilə bağlı tapşırıqlarını verib.

Daha sonra çıxış edən idarə rəisinin müavini İlham Əhmədov məsləhətçilər arasında aparılan vəzifə bölgüləri və mədəniyyət işçilərinin işə davamiyyəti, nizam-intizam qaydaları haqqında danışıb.

Sonda idarənin baş məsləhətçiləri və mədəniyyət müəssisələri rəhbərləri çıxış edərək bildiriblər ki, irad və təkliflər nəzərə alınaraq qeyd olunan problemlər tez bir zamanda aradan qaldıracaq.

 Mehman Şükürov müşavirə keçirib- FOTOLAR

 Mehman Şükürov müşavirə keçirib- FOTOLAR

 Mehman Şükürov müşavirə keçirib- FOTOLAR
 Mehman Şükürov müşavirə keçirib- FOTOLAR
 Mehman Şükürov müşavirə keçirib- FOTOLAR
 Mehman Şükürov müşavirə keçirib- FOTOLAR

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar