Sizin Reklam Burada
Xəbər lenti
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

Göygöldə son tunc-ilk dəmir dövrünə aid yeni nümunələri aşkarlandı

Tarix: 10-09-2018 20:53     Baxış: 2314 A- / A+
Göygöldə son tunc-ilk dəmir dövrünə aid yeni nümunələri aşkarlandı

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Göygöl rayonunda apardığı arxeoloji qazıntı və çöl-tədqiqat işləri zamanı son tunc - ilk dəmir dövrünə aid yeni maddi-mədəniyyət nümunələri aşkarlanıb.

Manevr.az bildirir ki, İnstitutdan trend-ə verilən məlumata görə, Gəncə-Göygöl arxeoloji ekspedisiyası Göygöl rayonunda arxeoloji qazıntı və çöl-tədqiqat işləri aparıb. Əsas arxeoloji qazıntı işləri Göygöl rayonunun Quşqara bələdiyyəsinin ərazisində, Gəncə şəhərinin Heydər Əliyev parkına yaxın ərazidə, Gəncə-Şəmkir yolunun sağında, Quru Qobunun sol tərəfində, Quşqara bələdiyyəsinin ərazisində yerləşən kurqan tipli qəbirlərdə aparılıb. Arxeoloji qazıntı işlərinə Göygöl rayon İcra Hakimiyyəti tərəfindən müvafiq köməklik göstərilib.

Arxeoloji qazıntıların nəticələri göstərib ki, əslində kurqan kimi təqdim edilən abidələr sadəcə kurqan tipli qəbirlər olub, Azərbaycanın son tunc dövrü köçəri tayfalarının adət-ənənələrini və həyat tərzini əks etdirir.

Kurqan tipli qəbirlərin üstü çay daşı ilə örtülüb. Daşların arasına möhkəmlik yaratmaq və suyun kameraya dolmasının qarşısını almaq məqsədilə ağ torpaq, əhəng qatı verilib. Qəbirlərin üzərindəki daş yığını və torpağın bir hissəsi ətrafda olan istixanalardan gətirilən qalıqlardan və əkin sahələrindən toplanılan daşlardan ibarətdir. Kurqan tipli qəbirlərdən yalnız ikisində skelet qalıqlarına və son tunc - ilk dəmir dövrünə aid saxsı qabların hissələrinə rast gəlinib.

Ekspedisiya tərəfindən cari mövsümdə həm də ətraf ərazilərdə arxeoloji kəşfiyyat işləri aparılıb. Rayonun Yeni Göyçə kəndindəki alban məbədində aparılan arxeoloji tədqiqatlar məbədin IV-V əsrlərdə tikildiyini, lakin XIX əsrdə abidədə yenidən bərpa işləri aparıldığını söyləməyə əsas verir. Məbədin tavanına saxsı qabların doldurulması akustikanın yüksəldilməsinə xidmət edib. Qablar divarların arasında üzü aşağıya doğru yerləşdirilib.

Göygöl rayonunda arxeoloji tədqiqat işlərinin davam etdirilməsi nəzərdə tutulur.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar