Sizin Reklam Burada
Xəbər lenti
29-03-2024
28-03-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanlı dirijor Fransada ikinci oldu

Tarix: 09-09-2018 15:21     Baxış: 2345 A- / A+
Azərbaycanlı dirijor Fransada ikinci oldu

Bakı Kamera Musiqi Orkestrinin və Almaniya Münhen Yeni Filarmoniyasının Simfonik Orkestrinin baş dirijoru Fuad İbrahimov Parisdə "Radio France", "France musique", "L'orchestre philharmonique" və Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən Yevgeni Svetlanov adına IV Beynəlxalq dirijorlar müsabiqəsində 2-ci yeri tutub.

Manevr.az xəbər verir ki, müsabiqənin finalında iştirak edən dörd namizəddən Fuad İbrahimov, Dmirti Filatov 2-ci yerləri tutublar. Münsiflər heyətinin rəyinə əsasən, Fuad İbrahimov və Dmitri Filatov bərabər güclü rəqiblər kimi dəyərləndirilib və onların hər ikisi 2-ci yer üzrə mükafatlandırılıb. Birinci yer üzrə isə mükafatlandırmanın olmamasına qərar verilib. Digər iki namizəd Haoran Li və Wilson NG müsabiqənin diplomu ilə təltif olunublar.

Sonda müsabiqənin təsisçisi Marina Bouer çıxış edərək müsabiqənin tərəfdaşlarına təşəkkürünü bildirib. “Tərəfdaşlarımıza, xüsusilə də Heydər Əliyev Fonduna müsabiqənin ərsəyə gəlməsində göstərdiyi dəstəyə görə minnətdarlığımı bildirirəm”-deyə M. Bouer vurğulayb.

Qeyd edək ki, Fuad İbrahimovun namizədlik dosyesi Heydər Əliyev Fondu tərəfindən müsabiqəyə təqdim olunmuşdur. O, Yevgeni Svetlanov adına IV Beynəlxalq dirijorlar müsabiqəsinə 350 namizəd arasından seçilib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar