Sizin Reklam Burada
Xəbər lenti
23-04-2024
22-04-2024
BÜTÜN XƏBƏRLƏR

Qələm sahibləri təltif edildi : AJB Sumqayıt təşkilatında görüş - FOTOLAR

Tarix: 14-08-2018 20:25     Baxış: 2448 A- / A+
Qələm sahibləri təltif edildi : AJB Sumqayıt təşkilatında görüş

Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatında tanınmış şair Əşrəf Veysəllinin 80 illik yubileyi və Azərbaycan Jurnalistlər Birliyinin fəxri üzvü seçilməsi münasibətilə rəsmi qəbul və bir qrup tanınmış şair və jurnalistlərin diplomlarla təltif olunması mərasimi keçirildi.

Manevr.az xəbər verir ki,Tədbiri giriş sözü ilə Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının sədri, respublikanın Əməkdar jurnalisti Rafiq Oday açaraq görkəmli şair Əşrəf Veysəllinin ömür və yaradıcılıq yolundan söhbət açaraq və yubilyara Azərbaycan Jurnalistlər Birliyinin fəxri üzvülük vəsiqəsini, “Müqəddəsqələm” diplomunu və qiymətli hədiyyəni təqdim etdi.

Sonra veteran jurnalistlər, jurnalistika sahəsində uzun illər səmərəli fəaliyyət göstərmiş Zümrüd Baloğlanovaya, əməkdar jurnalist Rəhman Orxana və “Sumqayıt” qəzetinin şöbə müdiri Sübhan Quliyevə fəxri diplomlar təqdim olundu.

Yaradıcı insanlara göstərdikləri diqqət və qayğıya görə Azərbaycan Yazıçılar Birliyi Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddin, Əli Kərim adına “Poeziyaevi”nin direktoru İbrahim İlyaslı və Azərbaycan Yazıçılar Birliyi Qubadlı regional bölməsinin sədri Namiq Məna xüsusi diplomlarla təltif olundu.

Tədbirdə eyni zamanda oxucuları dolğun, maraqlı və operativ informasiya ilə təmin etdiklərinə görə “Manevr.az” və “Sumqayitfakt.az” saytlarının təsisçisi, şair-jurnalist Namiq Dəlidağlı, eyni zamanda, bu il 6 yaşı tamam olan və informasiya məkanında özünəməxsus yer tutan “Xeberle.com” saytının həmtəsisçiləri Ramil Zeynallı, Kamal Almuradlı, Elnur Ağayev və şair Asif Asimana, jurnalistlər İlhamə Məhəmmədqızına, Aygün Hacıyevaya və Mərcan Sabirqızına “Müqəddəsqələm” diplomları ilə təqdim olundular.

Tədbirin sonunda uzun illər mətbuat sahəsində səmərəli fəaliyyət göstərən Natiq İsmayıloğluna Azərbaycan Jurnalistlər Birliyinin üzvülük vəsiqəsi təqdim olundu.

Sonda qələm sahibləri tədbirlə bağlı təəssüratlarını bölüşdülər və xatirə şəkili çəkdirdilər.

Xəbəri paylaş

Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə

Çox oxunanlar

Son yüklənənlər

Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu

Portalımızı dəyərləndirin.

Çox oxunanlar