Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

Xanım Qafarovanın qızı Mahsunun filmində çəkiləcək

Tarix: 30-07-2018 19:12     Baxış: 3340 A- / A+
Xanım Qafarovanın qızı Mahsunun filmində çəkiləcək


2014-cü ildə xərçəng xəstəliyindən dünyasını dəyişən mərhum aktrisa, əməkdar artist Xanım Qafarovanın qızı, 11 yaşlı Gövhər Türkiyədə filmə çəkiləcək.

Manevr.az yenicag.az-a istinadən xəbər verir ki, aktrisanın qızı Türkiyənin məşhur sənətçisi Mahsun Qırmızıgülün rejissoru olduğu "Mücize 2" filmində rol alacaq.

Filmin çəkilişlərinə sentyabrda start veriləcək.

Onun filmdə çəkilməsi "Palmali" Şirkətlər Qrupunun prezidenti, azərbaycanlı iş adamı Mübariz Mənsimovun xahişi ilə baş tutub. İş adamı Gövhərin filmə çəkilmək arzusundan xəbərdar olduqdan sonra bu addımı atıb.

Qeyd edək ki, "Mucize 1" filminin sujet xəttini 1960-cı ildə Mahir adlı bir müəllimin İzmirdən şərq rayonlarının birinə təyinat alması və burada üzləşdiyi hadisələr təşkil edir. Film fiziki məhdudiyyətli insanların həyata inteqrasiyasında yaranan çətinliklərdən bəhs edir. Məlumata görə, "Mucize 2" filmi birinci filmdəki hadisələrdən yeddi il sonra baş vermiş əhvalatla bağlı olacaq. Filmdə Əziz adlı fiziki məhdudiyyətli bir gəncin Mahir müəllim sayəsində dəyişən həyatı və bu istiqamətdə yaşanan digər hadisələrə işıq salınacaq.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar