Sizin Reklam Burada
Xəbər lenti
20-04-2024
19-04-2024
BÜTÜN XƏBƏRLƏR

Məşhur fransız xalq artistimizin önündə niyə diz çökdü? - Video

Tarix: 16-07-2018 09:32     Baxış: 3413 A- / A+
Məşhur fransız xalq artistimizin önündə niyə diz çökdü? - Video


Bu gün xalq artisti Mirzə Babayevin doğum günüdür. O, 1913-cü il iyulun 16-da Bakıda anadan olub. Müğənnilik fəaliyyətinə görkəmli bəstəkar Tofiq Quliyevin rəhbərlik etdiyi caz orkestrinin tərkibində başlayıb. 1948-ci ildə Azərbaycan Dövlət Konservatoriyasına, məşhur müğənni Bülbülün sinfinə daxil olub.

Azərbaycan estrada musiqisinin banilərindən hesab olunan Mirzə Babayev həm də peşəkar aktyor idi. O, 30-dan çox filmdə rol alıb. Təkcə "Bəyin oğurlanması", "Dəli kür", "Dərviş Parisi partladır" filmlərinin adını çəkmək Mirzə Babayevin film karyerasını qiymətləndirmək üçün kifayət edir.

Onun “Kəpənək”, “Saçlarına gül düzüm”,“Pəncərəmə qondu çiçək”, “Düşürsən yadıma” başqa mahnılar bu gün də dillər əzbəridir.

Unudulmaz sənətkar 2003-cü il yanvarın 13-də, 89 yaşında Bakıda vəfat edib.

Mirzə Babayev 1995-ci ildə şair Nüsrət Kəsəmənlinin aparıcısı olduğu “Bir axşam” verilişində dünya şöhrətli fransız müğənni Jilbert Beko ilə bağlı xatirəsini bölüşüb. O, müsahibə əsnasında bildirib ki, Jilbert Beko onun əlini öpərək, erməni əsilli müğənni Şarl Aznavurdan üstün olduğunu deyib.

Manevr.az kult.az-a istinadən sözügedən çəkilişin görüntülərindən bir hissəni təqdim edir:


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar