Sizin Reklam Burada
Xəbər lenti
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

Mədəniyyət Nazirliyi Aparatının yeni strukturu təsdiq edilmiş, təyinatlar həyata keçirilmişdir

Tarix: 27-06-2018 21:03     Baxış: 2400 A- / A+
Mədəniyyət Nazirliyi Aparatının yeni strukturu təsdiq edilmiş, təyinatlar həyata keçirilmişdir


Azərbaycan Respublikasının Prezidentinin “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 6 iyun 2018-ci il tarixli Fərmanı ilə Mədəniyyət Nazirliyi haqqında Əsasnamə, nazirliyin strukturu, həmçinin Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti haqqında Əsasnamə təsdiq edilmişdir. Fərmana əsasən, Mədəniyyət Nazirliyi Aparatının, eləcə də Dövlət Xidməti, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və regional mədəniyyət idarələri üzrə ştat vahidləri müəyyən edilmişdir.

Fərmandan irəli gələn məsələlərin həlli ilə bağlı Mədəniyyət Nazirliyi Aparatının struktur vahidləri – şöbə və sektorları yaradılmış və nazirin müvafiq əmri ilə təsdiq edilmişdir. Nazirlik Aparatının yeni strukturunun formalaşmasında ölkəmizdə mədəniyyət siyasətinin daha məqsədyönlü və effektiv şəkildə həyata keçirilməsi, müvafiq sahələrin idarə olunmasında innovasiyaların, müasir texnologiyaların, habelə elmi nailiyyətlərin, qabaqcıl təcrübənin öyrənilməsi və tətbiqi əsas meyarlar kimi götürülmüşdür.

Bu gün mədəniyyətin bütün sahələrində xidmətin səviyyəsinin yüksəldilməsi və dövrün tələbələrinə uyğun təşkili, mədəniyyət müəssisələrinin fəaliyyətində sosial məsuliyyətin artırılması, xalqımızın zəngin tarixi-mədəni irsinin, incəsənətinin təqdimatında, geniş kütlələrə çatdırılmasında innovativ yanaşmaya, yeniliklərə geniş yer verilməsi qarşıda duran başlıca vəzifələrdir. Xüsusilə regionlarda mədəni xidmətlərin yeni səviyyədə qurulması, eləcə də muzeylərin fəaliyyətində dünya təcrübəsinin tətbiq olunması, xalq yaradıcılığının daha fəal təşviqi, mədəni sərvətlərdən səmərəli istifadə, sahələr üzrə beynəlxalq əlaqələrin gücləndirilməsi, mədəniyyət siyasətində elmi təhlil və tədqiqatlara daha böyük önəm verilməsi günün vacib tələblərindəndir.

Mədəniyyət Nazirliyi Aparatının struktur vahidlərinin təşkilində bu məqamlar xüsusi diqqətə alınmış, strukturda yeni – Muzey işi və mədəni sərvətlərə nəzarət, Xalq yaradıcılığı və mədəni marşrutların inkişafı, Regional siyasət, Beynəlxalq əməkdaşlıq və innovativ inkişaf şöbələri, Elm və tədqiqatlar sektoru yaradılmışdır.

Mədəniyyət nazirinin müvafiq əmrinə əsasən Aparatın şöbə və sektorlarına əməkdaşların təyinatı həyata keçirilmişdir. Həmçinin nazirlik Aparatının əvvəlki strukturunda müxtəlif vəzifələrdə çalışmış 10 nəfərə yaxın şəxs öz ərizələri ilə işdən ayrılaraq nazirliyin tabe müəssisə və qurumlarında müvafiq vəzifələrə təyinat almışlar.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar