Sizin Reklam Burada
Xəbər lenti
22-04-2024
BÜTÜN XƏBƏRLƏR

“İnsan Hüquqları aylığı” çərçivəsində tədbirlər keçirilib - SUMQAYITDA/ FOTOLAR

Tarix: 13-06-2018 17:57     Baxış: 3419 A- / A+
 “İnsan Hüquqları aylığı” çərçivəsində tədbirlər keçirilib


S.Vurğun adına Mərkəzi kitabxana Qanunun Aliliyi Hüquq Resurs Mərkəzində mövzu ilə əlaqədar dəyirmi masa keçirib.
Manevr.az-ın verdiyi xəbərə görə, tədbiri Mərkəzi kitabxananın metodisti Natəvan Axundzadə açaraq tədbirin mahiyyəti haqqında oxuculara geniş məlumat verib. "İnsan Hüquqları aylığı” çərçivəsində keçirilən tədbirdə Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım İctimai Birliyinin sədri Zemfira Mustafayeva, Qanunun Aliliyi Hüquq Resurs Mərkəzinin hüquqşünası Ruslan Mustafayev, hüquqşünas Ədalət Qafarov, 25 saylı məktəbin tarix müəllimi Nuridə Əhmədova iştirak edib, oxucuların suallarını cavablandırıblar.

S.Vurğun adına Mərkəzi kitabxananın uşaq şöbəsi də Qanunun Aliliyi Hüquq Resurs Mərkəzində 14 saylı məktəbin 6-cı sinif şagirdlərinin iştirakı ilə tədbir keçirib. Tədbirdə hüquqşünas Ruslan Mustafayev çıxış edərək qanunvericilikdə nəzərdə tutulmuş insan hüquq və azadlıqlarından, insan hquq və azadlıqlarının təminatçısı olan dövlət orqanlarının fəaliyyətindən bəhs edib, uşaqları maraqlandıran sualları cavablandırıb. Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım İctimai Birliyinin sədri Zemfira Mustafayeva çıxış edərək cəmiyyətdə və ailədə uşaqların hüquq və azadlıqlarının müdafiəsindən, onların firavan həyatının təmin edilməsindən söhbət açıb. Tədbirin sonunda şagirdlərə uşaq hüquqları ilə bağlı bukletlər, dəftərxana ləvazimatları hədiyyə edilib.

Sumqayıt şəhər Nizamni Gəncəvi adına Kitabxana klubda "Demokratik cəmiyyətdə insan” adlı disput keçirilib. Tədbiri giriş sözü ilə kitabxana klubun müdiri Babayeva Zərnigar açaraq, "İnsan Hüquqları aylığı” ilə bağlı təbir iştirakçılarına məlumat verib. Tədbirdə AYB Sumqayıt bölməsinin sədri, şairə Gülnarə Cəmalləddin, M.Əsədov adına ümumtəhsil internat tipli gimnaziyanın müəllimi Gülpəri Novruzova, SDU-nun tələbələri və Veteran klubunun üzvlərinin çıxışları dinlənilib. Sonra mövzu ətrafında müzakirələr aparılıb. Tədbirin sonunda kitabxana klubun multimedia mütəxəssisi Şeyda Qurbanova "İnsan hüquq və azadlıqları” adlı sərgidən xülasə verib.

Sumqayıt şəhər C.Cabbarlı adına mədəniyyət evində keçirilən tədbirdə uşaq hüquqlarının müdafiəsindən danışılıb. Uşaqların təhsil hüququ mövzusunda 4 saylı bağçanın müdirəsi Xatirə Heydərova, İnsan hüquqlarının qorunması və müdafiəsi mövzusunda C.Cabbarlı adına mədəniyyət evinin direktoru Aygün Qəhrəmanova çıxış edib. Daha sonra mədəniyyət evinin özfəaliyyət kollektivi Ramazan bayramı ərəfəsində qonaqlar qarşısında konsert proqramı ilə çıxış edib. Mədəniyyət evinin solisti Pənah Məmmədlinin ifasında mahnılar dinlənilib, "Turan” rəqs qrupunun ifasında "Azərbaycan suitası”, "Dilşadı” rəqsləri maraqla izlənilib. Tədbirdə həmçinin uşaq bağçasının körpələri rəqs edib, şeir və mahnı oxuyublar.

 “İnsan Hüquqları aylığı” çərçivəsində tədbirlər keçirilib
 “İnsan Hüquqları aylığı” çərçivəsində tədbirlər keçirilib
 “İnsan Hüquqları aylığı” çərçivəsində tədbirlər keçirilib
 “İnsan Hüquqları aylığı” çərçivəsində tədbirlər keçirilib
 “İnsan Hüquqları aylığı” çərçivəsində tədbirlər keçirilib
 “İnsan Hüquqları aylığı” çərçivəsində tədbirlər keçirilib
 “İnsan Hüquqları aylığı” çərçivəsində tədbirlər keçirilib

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar