Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

Xalq şairi Sabir Rüstəmxanlı ilə görüş - FOTOLAR

Tarix: 17-05-2018 15:38     Baxış: 3574 A- / A+
Xalq şairi Sabir Rüstəmxanlı ilə görüş - FOTOLAR


Sumqayıt Regional Mədəniyyət idarəsinin dəstəyi, S.Vurğun adına Mərkəzi Kitabxananın təşkilatçılığı ilə Xalq şairi Sabir Rüstəmxanlı ilə oxucuların görüşü keçirilib.

Manevr.az-ın verdiyi xəbərə görə, tədbiri giriş sözü ilə açan S.Vurğun adına Mərkəzi kitabxananın direktoru Yeganə Əhmədova şairi salamlayaraq dəvəti qəbul etdiyinə görə təşəkkürünü bildirib.

Tədbirin aparıcısı şair Əşrəf Şəfiyev çıxış edərək Sabir Rüstəmxanlının yaradıcılığı və həyat yolu haqqında məlumat verib.

Sonra Xalq şairi Sabir Rüstəmxanlı çıxış edib. O, tədbirin təşkilatçılarına təşəkkür edərək belə tədbirlərin keçirilməsinin oxucular və yaradıcı adamlar üçün böyük əhəmiyyətindən danışıb. Şair çıxışında Azərbaycanın müstəqillik qazanması, milli ideologiya, Qarabağ problemi, Azərbaycan dilinə sevgi, dilin qorunması və digər məsələlərlə bağlı fikirlərini bölüşüb.

“Gənclərimiz ləyaqətli vətəndaş kimi yetişməli, vətənpərvər ruhda tərbiyə olunmalıdır” deyən şair onları Azərbaycan ədəbiyyatından uzaqlaşmamağa, Azərbaycan yazarlarının əsərlərini mütaliə etməyə çağırıb. Həmçinin. “Ədəbiyyat əbədi işdir” deyən şair ədəbiyyata gəlişi, yazdığı “Gəncə qapısı” əsəri və “Cavad xan” filmi haqqında danışıb.

Daha sonra rejissor Rövşən Almuradlı, şairlər Rafiq Yusifoğlu, Gülnarə Cəmaləddin, Almaz Əliyeva, Xatirə Fərəcli və digərləri çıxış ediblər.

Sonda Sabir Rüstəmxanlı oxucuların suallarını cavablandırıb, tələbələrə tövsiyyələrini verib, müxtəlif illərdə yazdığı şeirlərini ifa edib.

Xalq şairi Sabir Rüstəmxanlı ilə görüş - FOTOLAR
Xalq şairi Sabir Rüstəmxanlı ilə görüş - FOTOLAR
Xalq şairi Sabir Rüstəmxanlı ilə görüş - FOTOLAR
Xalq şairi Sabir Rüstəmxanlı ilə görüş - FOTOLAR
Xalq şairi Sabir Rüstəmxanlı ilə görüş - FOTOLAR
Xalq şairi Sabir Rüstəmxanlı ilə görüş - FOTOLAR
Xalq şairi Sabir Rüstəmxanlı ilə görüş - FOTOLAR
Xalq şairi Sabir Rüstəmxanlı ilə görüş - FOTOLAR
Xalq şairi Sabir Rüstəmxanlı ilə görüş - FOTOLAR

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar