Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

Mədəniyyət müəssisələrində X Ümumrespublika kitab bayramı keçirilib

Tarix: 16-05-2018 16:42     Baxış: 3698 A- / A+
Mədəniyyət müəssisələrində  X Ümumrespublika kitab bayramı keçirilib


Sumqayıt Regional Mədəniyyət İdarəsinin tabe müəssisələrində Ümummilli lider Heydər Əliyevin 95 illiyi münasibətilə X Ümumrespublika kitab bayramı keçirilib

Sumqayıt şəhərində keçirilən kitab bayramında ümummilli lider Heydər Əliyevə, Azərbaycan tarixinə, Azərbaycan Xalq Cümhuriyyətinə həsr olunmuş kitablar, o cümlədən müxtəlif elm sahələrini: bədii ədəbiyyat, uşaq ədəbiyyatı, klassik və müasir yazarlarımızın, dünya ədəbiyyatı klassiklərinin əsərlərini əhatə edən sərgilər iştirakçılara təqdim olunub. Tədbirdə MKS-in kitabxana filialları, mədəniyyət və təhsil müəssisələri, AYB, Əli Kərim adına Poeziya klubu, ədəbi mühit və media nümayəndələri iştirak edib.

Kitab bayramına qatılan Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Mehman Şükürov sərgilərlə yaxından tanış olub və çıxış edərək bildirib ki, belə tədbirlərin təşkili mütaliəyə diqqəti artırır, yeniyetmə və gənclərin mütaliə vərdişlərinin inkişaf etdirilməsində müstəsna rol oynayır. İdarə rəisi bayram iştirakçılarını, kitabxanaçıları və oxucuları təbrik edib, onlara xoş arzularını çatdırıb.

Qeyd edək ki, bayram münasibətilə gün ərzində kitab sərgiləri ilə tanışlıq, ayrı-ayrı saatlarda tanınmış yazarlarla görüş, kitab təqdimatları, balaca oxucular üçün kukla teatrının tamaşası, əyləncəli viktorinalar təşkil edilib. Bayram iştirakçıları Şəhər Mədəniyyət Evinin “Xəzər ulduzları” rəqs qrupunun, “Narbala” kukla teatrının və ayrı-ayrı müğənnilərin çıxışlarını izləyib, ulu öndər Heydər Əliyevə, Azərbaycan Xalq Cümhuriyyətinə, kitaba həsr olunmuş kompozisiyaları izləyiblər.

Abşeron rayon Mərkəzi Kitabxanasının qarşısında keçirilən bayram tədbirində “Heydər Əliyev irsi”, “Doğma Abşeronum”, “Salam Azəbaycan əsgəri”, Milli Qəhrəman Mübariz İbrahimova həsr olunmuş “Vətən sənə oğul dedi”, “Od parçası” ədəbi məclisi və “Çıraq” poeziya klubu, “Şifahi xalq ədəbiyyatı”, “Uşaq ədəbiyyatı”, “Klassik ədəbiyyat”, “Tarix”, “Müasir ədəbiyyat”, “Qan yaddaşımız”, “Mədəniyyət”, “Kağızdan əl işləri” və s. başlıqlı sərgilər, böyük şəxsiyyətlərin portretləri nümayiş olunub. Tədbir iştirakçılarını ilk olaraq Sumqayıt Regional Mədəniyyət İdarəsinin Abşeron rayonu üzrə baş məsləhətçisi İlham Manafov salamlayaraq idarə rəisi Mehman Şükürovun təbriklərini çatdırıb. Abşeron rayon MKS-in direktoru Məlahət Abdullayeva, “Xarı bülbül” ədəbi məclisinin sədri şairə Aybəniz Qafarlı, Qarabağ müharibəsinin iştirakçı, şair Nurəddin Mirzəxanlı, “Maarif” və “Kövsər” nəşriyyatlarının redaktoru, şair Hafiz Rüstəm, və digərləri çıxış ediblər. Gün ərzində tədbirdə aşıq mahnıları, şeirlər dinlənilib, rəngarəng musiqi nömrələri ifa edilib.

Zəngilan rayon MKS-in qarşısında gerçəkləşən kitab bayramında Sumqayıt Regional Mədəniyyət İdarəsinin Zəngilan rayonu üzrə baş məsləhətçisi Mehman Nəsirov, “Sehirli Dünya” jurnalının baş redaktoru Gülzar İbrahimova, Zəngilan rayonunun şair və yazıçıları, ziyalıları, rayon Ağsaqqallar Şurasının sədri və rayon Musiqi məktəbinin kollektivi iştirak ediblər. Qonaqlar nümayiş olunan kitab sərgiləri ilə yaxından tanış olub, bayram iştirakçılarını təbrik edərək xoş arzularını çatdırıblar.

Qubadlı rayon Mərkəzi Kitabxanası tərəfindən təşkil olunan bayram tədbirində ulu öndər Heydər Əliyevə, Azərbaycan Xalq Cümhuriyyətinə və Qarabağın tarixinə həsr olunmuş sərgilər, o cümlədən, Prezident İlham Əliyevin fəaliyyəti əks etdirən ədəbiyyatlar, “Mehriban xanım Əliyeva –XXI əsrin böyük qadını”, “Mir Cəlal-110, “Yeni kitablar”, “Azərbaycan tarixi” , başıqlı sərgilər, insan hüquqlarına dair ədəbiyyatlar, ensiklopediya və lüğətlər, Süleyman Rəhimov, Əli Vəliyev, Əli İldırımoğlu, Cəlal Bərgüşad, Əliağa Aslan, Firdovsi Cəfərxan və müasir yazarların əsərləri, həmçinin, oxucuların əl işləri və rəsm əsərləri nümayiş olunub. Tədbirdə Qubadlı rayon icra hakimiyyətinin başçısı Malik İsaqov istirak edib, nümayiş olunan sərgi ilə yaxından tanış olub, bayram iştirakçılarını təbrik edib.

Şuşa rayon Mərkəzi kitabxanası tərəfindən keçirilən bayram tədbirində mədəniyyət işçiləri, təhsil işçiləri, məktəblilər, həmçinin rayon ictimaiyyəti iştirak edib. Tədbiri giriş sözü ilə MKS-nin direktoru Gülsarə Abbasova açaraq bayram münasibəti ilə iştirakçıları təbrik edib və tədbirin təşkil olunmasında əməyi olan hər kəsə öz təşəkkürünü bildirib. Tədbirdə rayon İcra Hakimiyyətinin Humanitar şöbəsinin baş məsləhətçisi Natiq Mahmudov, Sumqayıt Regional Mədəniyyət idarəsinin Şuşa rayonu üzrə baş məsləhətçisi Zahid Abbasov, və digərləri cıxış edərək tədbir iştirakçılarını təbrik ediblər. Tədbirdə ulu öndər Heydər Əliyevə həsr olunmuş sərgi nümayiş olunub, kitabxananın fəal oxucularının ifasında Ulu öndərə həsr olunmuş şerlər dinlənilib. Bayram tədbiri Şuşa rayon Mədəniyyət Mərkəzinin “Şuşanın dağları” ansamblının iştirakı ilə hazırlanmış bayram konserti ilə yekunlaşıb.

Manevr.az

Mədəniyyət müəssisələrində  X Ümumrespublika kitab bayramı keçirilib
Mədəniyyət müəssisələrində  X Ümumrespublika kitab bayramı keçirilib
Mədəniyyət müəssisələrində  X Ümumrespublika kitab bayramı keçirilib
Mədəniyyət müəssisələrində  X Ümumrespublika kitab bayramı keçirilib
Mədəniyyət müəssisələrində  X Ümumrespublika kitab bayramı keçirilib
Mədəniyyət müəssisələrində  X Ümumrespublika kitab bayramı keçirilib
Mədəniyyət müəssisələrində  X Ümumrespublika kitab bayramı keçirilib
Mədəniyyət müəssisələrində  X Ümumrespublika kitab bayramı keçirilib
Mədəniyyət müəssisələrində  X Ümumrespublika kitab bayramı keçirilib
Mədəniyyət müəssisələrində  X Ümumrespublika kitab bayramı keçirilib
Mədəniyyət müəssisələrində  X Ümumrespublika kitab bayramı keçirilib

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar