Sizin Reklam Burada
Xəbər lenti
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Musiqi məktəblərinin konserti keçirilib- SUMQAYITDA

Tarix: 15-05-2018 09:20     Baxış: 3464 A- / A+
Musiqi məktəblərinin konserti keçirilib- SUMQAYITDA


Sumqayıt Regional Mədəniyyət idarəsinin şəbəkəsinə daxil olan musiqi məktəblərinin birgə konserti keçirilib

Sumqayıt şəhər S.Rüstəmov adına uşaq incəsənət məktəbində Mehdiabad qəsəbə uşaq musiqi məktəbinin saz ansamblının şagirdləri konsert proqramı ilə çıxış edib.
Manevr.az-ın verdiyi xəbərə görə, tədbiri Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Mehman Şükürov izləyib. İdarə rəisi tədbirdə çıxış edərək regional tədbirlərin keçirilməsinin region şəbəkəsinə daxil olan mədəniyyət müəssisələrinin qarşılıqlı fəaliyyətində müstəsna rol oynadığını bildirib. Qeyd edib ki, belə tədbirlərin sayı artırılmalıdır. Konsertdə Saz ansamblının ifasında "Ey vətən", "Leyli və Məcnundan rəqs", fortepiano və sazdan ibarət "aşıqvari" əsərləri, “Baş dübeyti”, “Naxçıvani” saz havaları dinlənilib.

Bundan əlavə, Sumqayıt şəhər Q.Qarayev adına uşaq musiqi məktəbinin fortepiano şöbəsinin şagirdləriAbşeron rayonu Mehdiabad qəsəbəsi uşaq misiqi məktəbində konsert proqramı ilə çıxış ediblər. Konsertdə Esmira Əliyeva, Tamilla Qasımova, Sevda Məcidova, Lalə Qocayevanın şagirdləri azərbaycan, rus və avropa bəstəkarlarının əsərlərini müvəffəqiyyətlə ifa ediblər. Şagirdlər solo və ansambl ifalarla çıxış ediblər. Abşeron rayonu Mehdiabad qəsəbəsi uşaq musiqi məktəbinin direktoru Təranə İbrahimova çıxış edərək ifaçılara və onların müəllimlərinə rəngarəng konsert proqramı ilə çıxışlarına görə minnətdarlığını bildirib.

Musiqi məktəblərinin konserti keçirilib- SUMQAYITDA

Musiqi məktəblərinin konserti keçirilib- SUMQAYITDA

Musiqi məktəblərinin konserti keçirilib- SUMQAYITDA
Musiqi məktəblərinin konserti keçirilib- SUMQAYITDA
Musiqi məktəblərinin konserti keçirilib- SUMQAYITDA
Musiqi məktəblərinin konserti keçirilib- SUMQAYITDA

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar