Sizin Reklam Burada
Xəbər lenti
13 noyabr
12 noyabr
BÜTÜN XƏBƏRLƏR

Sumqayıtda Heydər Əliyev anılıb- FOTOLAR

Tarix: 10-05-2018 12:34     Baxış: 2361 A- / A+
Sumqayıtda  Heydər Əliyev anılıb- FOTOLAR


Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində keçirilən silsilə tədbirlər çərçivəsində 2 nömrəl Uşaq-gənclər İnkişaf Mərkəzi ilə birgə tədbir keçirilib.
Manevr.az-ın verdiyi xəbərə görə, tədbir iştirakçıları öncə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, əziz xatirəsinə ehtiramlarını bildiriblər. Daha sonra Heydər Əliyev Mərkəzində davam etdirilən tədbirdə öncə 2 saylı Uşaq-gənclər İnkişaf Mərkəzinin dərnək müəllimlərinin və şagirdlərin əl işlərindən ibarət sərgiyə baxış keçirilib. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Çıxış edən Sumqayıt şəhər İcra Hakimiyyətinin məsul işçisi Fərman Kazımov və Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Mehman Şukurov Ümummilli Lider Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə verdiyi taleyüklü qərarlar və attığı tarixi addımlardan söz açıblar. Xalqımızın hər zaman Heydər Əliyev kimi şəxsiyyətlə fəxr etdiyi və onun əziz xatirəsinin Azərbaycanda, eləcə də ölkəmizin hüdudlarından kənarda dərin hörmətlə anıldığı bildirilib. Tədbirdə Ümummilli Liderin kəlamları səsləndirilib. Tədbir ədəbi-bədii kompozisiya ilə davam etdirilib. Sonda Sumqayıt şəhər Heydər Əliyev Mərkəzi tərəfindən hazırlanan Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən sənədli film təqdim olunub.

Mərkəzin təşkilatçılığı ilə Sumqayıt şəhərinin peşə liseyinin şagirdləri və Şuşa rayon məktəblilərinin iştirakı ilə keçirilən tədbirdə Mərkəzin direktoru Aygün Zülfüqarlı Ümummilli Liderimiz Heydər Əliyevin zəngin həyat yolu, Azərbaycan xalqı və dövləti qarşısındakı xidmətlərindən, quruculuq, xilaskarlıq missiyasından geniş söz açıb. Tədbirdə Dahi Öndərin Azərbaycan xalqı və dövləti naminə misilsiz xidmətlərindən, təhsilin inkişafına, gənc nəslə qayğısından, Sumqayıta səfərlərindən və bu səfərlərin şəhərin inkişafına olan mühüm təsirləri barədə mərkəzin əməkdaşları şagirdlərə məliumatlar təqdim ediblər. O da vurğulanıb ki, bu gün prezident İlham Əliyev tərəfindən ölkəmiz siyasi sabitlik, iqtisadi yüksəliş yolu ilə hərtərəfli, dinamik inkişaf edir. Sonra Ümummilli Liderimiz Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən sənədli film təqdim olunub. Tədbir iştirakçıları Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən muzey hissə ilə, elektron kitabxana, rəsm otağı və dərnəklərin keçirildiyi otaqlarla tanış olublar.

Mərkəzdə keçirilən silsilə tədbirlər çərçivəsində Mərkəzin ingilis və rus dili dərnəklərində məşğul olan şagirdlərin iştirakı ilə interaktiv açıq dərs keçirilib. Mərkəzin əməkdaşı Elmira İbadova tərəfindən hazırlanmış dərsdə şagirdlər Ümummilli Liderin bütün dünyaya örnək olacaq fəaliyyəti və zəngin həyat yolu barədə slaydlar əsasında ingilis və rus dillərində məlumatlar təqdim ediblər. Sonda şagirdlər tərəfindən rəqs və musiqi nömrələri də təqdim olunub.

Sumqayıtda  Heydər Əliyev anılıb- FOTOLAR

Sumqayıtda  Heydər Əliyev anılıb- FOTOLAR
Sumqayıtda  Heydər Əliyev anılıb- FOTOLAR
Sumqayıtda  Heydər Əliyev anılıb- FOTOLAR








Adınız:*
E-Mail:
Şərhiniz:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Sorğuya cavab yazın:
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.
Çox gözəl portaldı
Yaxşı portaldı
Yaxşıdı ...anma...
Yaxşı ola bilər
Xoşlamadım



Çox oxunanlar