Sizin Reklam Burada
Xəbər lenti
18 noyabr
17 noyabr
BÜTÜN XƏBƏRLƏR

Mehman Şükürov zona müşavirəsi keçirib

Tarix: 01-05-2018 22:17     Baxış: 2480 A- / A+
Mehman Şükürov zona müşavirəsi keçirib


Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində Sumqayıt Regional Mədəniyyət idarəsinin müşavirəsi keçirilib. Müşavirədə mədəniyyət müəssisələrinin rəhbərləri, nümayəndəliklər üzrə baş məsləhətçilər, idarənin aparıcı məsləhətçiləri iştirak edib. Manevr.az-ın verdiyi xəbərə görə, Sumqayıt Regional Mədəniyyət idarəsinin rəisi Mehman Şükürov müşavirədə çıxış edib.

O, Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin imzaladığı son sərəncamlar əsasında aparılan struktur dəyişikliklər haqqında geniş məlumat verib, idarənin strukturundakı yeni kadr təyinatları haqqında danışıb, onları kollektivə təqdim edib.

Mehman Şükürov həmçinin mədəniyyət müəssisələrini əhatə edən problemlər, görüləcək işlər haqqında geniş məruzə edib.

Birinci rübün yekunları və qazanılan uğurlarla bağlı kollektivə təşəkkür edən idarə rəisi bildirib ki, bu uğurlar sizlərdə arxayınlıq hissi yaratmamalı, daha da əzmlə çalışmalısınız.

O, həmçinin, mədəni-kütləvi tədbirlərin keçirilməsi, işə davamiyyət, müəssisələrdə aparılan reydin nəticələri, ödənişli şərtlərlə mədəni xidmətin göstərilməsi qaydaları, inventarlaşdırma işlərinin aparılması Ümummilli lider Heydər Əliyevin 95, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı Xalq Çalğı Alətləri Orkestri və Xor kollektivinin konserti ilə bağlı hazırlıq işlərindən danışıb, müvafiq tapşırıqlar verib.

Daha sonra çıxış edən Sumqayıt Regional Mədəniyyət idarəsinin rəis müavini İlham Əhmədov çıxış edərək ona göstərilən etimada görə təşəkkürünü bildirib. İlham Əhmədov və Ceyran Axundova sənədləşdirmə işləri ilə bağlı problemlərə toxunaraq həlli yollarını təklif ediblər.

Daha sonra müəssisə rəhbərlərinin fikirləri dinlənilib.

Mehman Şükürov zona müşavirəsi keçirib
Mehman Şükürov zona müşavirəsi keçirib
Mehman Şükürov zona müşavirəsi keçirib
Mehman Şükürov zona müşavirəsi keçirib
Mehman Şükürov zona müşavirəsi keçirib
Mehman Şükürov zona müşavirəsi keçirib
Mehman Şükürov zona müşavirəsi keçirib
Mehman Şükürov zona müşavirəsi keçirib








Adınız:*
E-Mail:
Şərhiniz:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Sorğuya cavab yazın:
Saytımızın adının yazın
Cavabınız:*
Kodu yazın: *



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.
Çox gözəl portaldı
Yaxşı portaldı
Yaxşıdı ...anma...
Yaxşı ola bilər
Xoşlamadım



Çox oxunanlar