Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

Ağadadaş Ağayev: "Qarabağa dil uzadanın dilini kəsərəm"

Tarix: 30-04-2018 12:54     Baxış: 5456 A- / A+
Ağadadaş Ağayev: "Qarabağa dil uzadanın dilini kəsərəm"

Xalq artisti Ağadadaş Ağayev "Qarabağda, Şirvanda, Bakıda muğam məktəbi yoxdur və olmayıb, məktəb Təbrizdədir" fikrinə yenidən açıqlama gətirib.

"Space" telekanalında yayımlanan "Onda başladıq" verilişində qonaq olan xalq artisti fikrinin üstündə dayandığını söyləyib:

"Təbriz üç dəfə-Qaraqoyunluların, Ağqoyunluların və Səfəvilərin dövründə paytaxtımız olub. Şah İsmayıl Xətai 1501-ci ildə Səfəvilər dövlətini qurub, Təbrizi paytaxt, dilimizi dövlət dili elan edib. Bəli, Üzeyir Hacıbəyli, Seyid Şuşinski, Arif Babayev, islam Rzayev hərəsi bir məktəbdir. Ancaq Təbriz bizim damarımızdan axan qandır və bir daha deyirəm ki, muğam məktəbimiz ordadır. Bizə deyirlər ki, İranyolu oxuyursunuz. Mən Təbrizyolu oxuyuram".

A.Ağayev bildirib ki, onun dediklərini təhrif edənlər düşmən dəyirmanına su tökənlərdir:

"Qarabağ bizim namusumuzdur, ona dil uzadanın dilini kəsərəm. Kim ki dediklərimi Qarabağ mövzusuna tərəf çəkib, düşmənlərin əlinə nəsə verməyə çalışırsa, o insanlar düşməndirlər. Onları qınayıram. İki-üç gün sonra Qarabağa gedirəm. İstərdim ki, yanımda Qarabağ oxuyanlarını da görüm. O gün oXocalıdan olan 30 uşağı sünnət etdirdim, hədiyyələrimi aldım. Qarabağa dil uzadanın dilini kəsməyə hazıram. Toparlansınlar, gəlsinlər, müzakirə edək. Arxamca söhbətin mahiyyətini bilmədən danışmasınlar. Muğamlarımızın tarixi Səfəvilər dövründən də qədimlərə gedir. Üzeyir bəy 1908-ci ildə "Leyli və Məcnun"u yazdı. Soruşdular ki, niyə birinci "Koroğlu"nu yazmadınız? Dedi ki, mən xalqımın qan yaddaşı muğamla bağlıdır. Əvvəlcə bunu yazdım ki, xalqımız sinfonik musiqiyə hazır olsunlar".olke.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar