Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
BÜTÜN XƏBƏRLƏR

Xalq artistindən ÜRƏKPARÇALAYAN SÖZLƏR: "Ağlaya-ağlaya dedi ki, sabaha çıxmayacaq"

Tarix: 14-04-2018 18:10     Baxış: 5689 A- / A+
Xalq artistindən ÜRƏKPARÇALAYAN SÖZLƏR: "Ağlaya-ağlaya dedi ki, sabaha çıxmayacaq"

Atasına 40 gün yas saxlayan xalq artisti Gülyanaq Məmmədova bu gündən səhnə fəaliyyətinə davam edəcəyini bildirib.

Manevr.az xəbər verir ki, yenicag.az-a açıqlama verən sənətçi son nəfəsində atasının yanında ola bilmədiyinə görə özünü bağışlamadığını deyib. Müğənni onu qınayanlara da cavab verib:

"Atam dünyasını dəyişəndə mən Avstriyada idim. Bəzi ağzıgöyçəklər yazdı ki, guya atam rəhmətə gedəndən sonra səfərə getmişəm. Allah şahiddir ki, belə olmayıb. Həmin vaxt əmim xəstə idi. Mən əmimin yoldaşına zəng etdim ki, vəziyyətlə maraqlanım. Ağlaya-ağlaya dedi ki, sabaha çıxmayacaq.

Telefonda hönkürdüm, dedi ki, ağlama, səsin batar, konsertdə oxumalısan. Həmin vaxt sən demə, atam qəfildən dünyasını dəyişibmiş. Gülyazın səhifəsində atamın fotosunu görəndən sonra bundan xəbər tutdum. Hələ də özümü bağışlaya bilmirəm, kaş atamın son nəfəsində yanında olaydım.

O mənim nəfəsim idi. 40 gün atama yas saxladıq, nə qədər efirlərdən dəvət aldıq, heç birinə getmədik. Axırda anam dedi ki, qızım, ölüm haqdır, təkcə sizin başınıza gəlməyib, sənət adamısınız, çıxın, oxuyun. Onsuz da bu ağrı içimizdədir".

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar