Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

Xalq artistinin gizlincə videosunu çəkib yaydılar: “Bu rəzalətdir…”

Tarix: 30-03-2018 14:41     Baxış: 3431 A- / A+
Xalq artistinin gizlincə videosunu çəkib yaydılar: “Bu rəzalətdir…”
Xalq artisti Zabit Nəbizadə aldadılıb. Onun gizlincə video-görüntüsünü çəkib, yayıblar.
Yenicag.az-a açıqlama verən xanəndə bu hadisədən sonra maqazin proqramlarından uzaq gəzdiyini bildirib:
“Telekanallardan biri mənə zəng etdi ki, eviniz plana düşüb, çəkmək istəyirik. Dedim ki, gedin çəkin. Qayıtdılar ki, biz evin yerini tanımırıq, gəlin birlikdə gedək. Yolda maşınımın təkəri boşaldı. Əlimdən gəlir deyə, düşüb təkəri dəyişdim. Sən demə, mən təkəri dəyişəndə operator da gizlincə məni çəkib. Sonradan o görüntülərimi yaydılar. Xəbərim yox idi, efirdə göstərəndə dost-tanış mənə zəng edib dedi. Çox pis oldum və əsəbiləşdim. Özlərinə də dedim ki, əgər belə fikriniz vardısa, qabaqcadan deməliydiniz, icazəm olmadan bu görüntünü çəkib, yaymaq mənə qarşı hörmətsizlikdir. Dedilər ki, burda nə var, maqazin proqramı üçün çəkdik ki, reytinq yüksək olsun. Qəti şəkildə etiraz etdim və narazılığımı bildirdim. Dedim, “qardaş, mənə belə reytinq lazım deyil, bu rəzalətdir”.

O vaxtdan bəri nə məni qalmaqallı verilişlərə dəvət edirlər, nə də özüm gedirəm. Hesab edirəm ki, belə verilişlər çəkilərkən, sənət adamı qabaqcadan məlumatlandırılmalıdır. Kim razılıq verər, özü bilər, amma mən o səviyyənin insanı deyiləm ki, belə ucuz reklam arxasınca qaçım. Sənətə aidiyyatı olan verilişlər olanda razılıq verirəm”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar