Sizin Reklam Burada
Xəbər lenti
29-03-2024
28-03-2024
BÜTÜN XƏBƏRLƏR

Mədəniyyət müəssisələrində 8 Mart Beynəlxalq Qadınlar günü münasibətilə silsilə tədbirlər keçirilib - FOTOLAR

Tarix: 07-03-2018 22:52     Baxış: 2729 A- / A+
Mədəniyyət müəssisələrində 8 Mart Beynəlxalq Qadınlar günü münasibətilə silsilə tədbirlər keçirilib

Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin tabe müəssisələrində 8 Mart Beynəlxalq Qadınlar günü münasibətilə silsilə tədbirlər keçirilib

Manevr.az-ın verdiyi xəbərə görə, Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin rəisi Mehman Şükürov Sumqayıt şəhər S.Vurğun adına Mərkəzi kitabxanada
MKS işçiləri ilə görüş keçirib. 8 Mart Beynəlxalq Qadınlar günü münasibətilə keçirilən görüşdə idarə rəisi MKS işçilərinin simasında Azərbaycan xanımlarını bayram münasibətilə təbrik edib, xoş arzularını çatdırıb. O bildirib ki, “Azərbaycan qadını hər bir ailədə təkcə həyat yoldaşı deyil, həm də etibarlı dost, qayğıkeş anadır. Hər zaman öz mətanəti, fədakarlığı, yüksək əxlaqi keyfiyyətləri, ailəcanlılğı ilə dünyanın bütün xanımlarından fərqlənən qadınlarımız hər cür diqqətə və qayğıya layiqdir”. Sonda kitabxanaçı xanımlar göstərilən diqqətə görə idarə rəisinə təşəkkür ediblər.

Sumqayıt şəhər F.Əmirov adına uşaq musiqi məktəbində
keçirilən tədbirdə Səriyyə Dünyamalıyevanın ifasında “Ana” haqqında şeir, “Buta”qızlar ansamblı, məktəbin kiçik xor kollektivi və skripka ansamblının çıxışları alqışlarla qarşılanıb. Sonda məktəbin direktoru Vasif Heydərov kollektivi bayram munasibəti ilə təbrik edib,

Q.Qarayev adına uşaq musiqi məktəbində keçirilən tədbirdə xalq mahnı və rəqsləri, həmçinin, bəstəkar əsərləri böyük həvəslə ifa olunub. Məktəbin xalq çalğı alətləri ansamblının ifasında instrumental musiqilər, müəllimlərin solo ifaları maraqla dinlənilib.

Şuşa rayon Niyazi adına Uşaq İncəsənət Məktəbində keçirilən konsertdə şagirdlər: Şamil Əliyev, Aytən Hacızadə, Mahir Əliyev, Tunar Məmmədli, Şövkət Yusifli, Yağmur İbadova və başqalarının ifaları valideynlər tərəfindən maraqla qarşılanıb.

Şuşa Rayon Xəlfəli Kənd musiqi məktəbində keçirilən tədbiri məktəbin direktoru Salman Ağalarov açaraq xanımları təbrik edib.Tədbirdə məktəbin şagirdləri Şuşa rayon Turşsu kənd uşaq musiqi məktəbinin şagirdləri ilə birgə konsert proqramı ilə çıxış ediblər. Tədbirdə məktəbin xor kollektivinin ifasında bəstəkar Fikrət Əmirovun “Odlar ölkəsi” mahnısı, 3-cü sinif şagirdi İsmayıl Xuduyevin ifasında “Bayatı-şiraz” muğamı və digər ifalar maraqla dinlənilib

Zəngilan rayon mədəniyyət işçiləri Sabirabad rayonunda məskunlaşmış məcburi köçkünlər üçün salınmış qəsəbədə
konsert proqramı ilə çıxış ediblər. Konsertdə xalq və bəstəkar mahnıları, anaları vəsf edən şeirlər ifa olunub. Sonda Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin Zəngilan rayon nümayəndəliyinin baş məsləhətçisi Mehman Nəsirov çıxış edərək xanımları bayram münasibətilə təbrik edib, xoş arzularını çatdırıb.

Mədəniyyət müəssisələrində 8 Mart Beynəlxalq Qadınlar günü münasibətilə silsilə tədbirlər keçirilib

Mədəniyyət müəssisələrində 8 Mart Beynəlxalq Qadınlar günü münasibətilə silsilə tədbirlər keçirilib
Mədəniyyət müəssisələrində 8 Mart Beynəlxalq Qadınlar günü münasibətilə silsilə tədbirlər keçirilib
Mədəniyyət müəssisələrində 8 Mart Beynəlxalq Qadınlar günü münasibətilə silsilə tədbirlər keçirilib
Mədəniyyət müəssisələrində 8 Mart Beynəlxalq Qadınlar günü münasibətilə silsilə tədbirlər keçirilib

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar