Sizin Reklam Burada
Xəbər lenti
20-04-2024
19-04-2024
BÜTÜN XƏBƏRLƏR

Nağıl kimi tamaşadan reportaj

Tarix: 05-03-2018 22:31     Baxış: 2639 A- / A+
Nağıl kimi tamaşadan reportaj


Biz tələsməliyik ki, tamaşaya gecikməyək,- deyib 17 illik dostumu da təngənəfəs etmişəm. Deyirəm axı, zərurətdən doğan təsadüflər gərək mənim qarşıma çıxsın. Elə bu yerdə “YUĞ”un aktyoru Oktay Mehtiyevlə qarşılaşırıq. Oktay bəy əlində olan “xırda-xuruş”u tələsik cibinə basıb, gülə- gülə əl uzadır:
-Salam, necəsən? Hara belə, tamaşaya?
-Salam, çox sağolun. Bəli, əlbəttə.
Yaxşı, orda görüşərik, - deyib görüşdüyümüz kimi də tələsik müvəqqəti ayrıldıq. “SƏDA” Tədris teatrına çatar- çatmaz əlləri gül-çiçəkli xanımları görürəm. Qarışqa yerişindən də ləng gedən xanımları gözləyib sonra içəri daxil olmağa məcburam. Elə kənarda dayanmışdım ki, Gümrah müəllimi gördüm. Əli ilə mənə “dayanma, içəri keç” işarə etdi. Hamı foyedədir. Hamı o “nağılı” gözləyir. Adam o qədər çoxdur ki, söhbətini kiminlə başlayıb kiminlə bitirəsən onu da bilmirsən. Vidadi müəllimin bu günündə onun boynuna sarılan sənətçi dostları da diqqətimdən heç yayınmadı. Bu yerdə deyiblər: var olsun, yaxşı dostlar.
Birdən dostum gözünü Ayşad müəllimə zilləyərək : “Bəxt üzüyü”nün Hüseyni, - deyib, arxaya çevrildi, Vidadi müəllimi görən kimi , “Yalan”dakı Yavər ? Sakitcə mənə pıçıldayır.
Dostumun xarakterini bildiyim üçün təccüblənmişdim.
-Axı, sən bizim filmlərə baxmırdın. Nə oldu ?
-Yox, niyə ki, yaxşı filmlərə baxıram.
Elə bu anda başımı yuxarı qaldırdım ki, pilləkanın başında Səidə xanım şəkil çəkir. İndi kim o şəkildə necə düşübsə öz günahıdır, fotoqrafın yox.
Demək olar ki, şəkil çəkdirmədiyim adam qalmadı. A, deyəsən Oktay bəyi unutmuşam. Üz ifadəsi “bəs mənimlə niyə çəkdirmədin” deyirdi.
Gəlin, şəkil çəkdirək, demişdim ki, Səidə xanım boynuma sarılır.
Elə bu anda Amid Qasımovu görürəm. Məni görən kimi, kəmşirin bir gülüşlə üstümə gəlir, bağrına basır. Öz ənənəsinə sadiq qalaraq məni yenə cırnadır: əlimdəki dəvətnaməni 2 yerə bölür.
Nəsə, borc olsun deyib, zala tərəf gedirəm.
Hamı zaldadır. O “nağıl” var ha, bax, onu gözləyirlər. Tamaşadan əvvəl Vüqar Hacıyevin ifasındakı həmin nəğmə tamaşaçıları xoş-hal edir.
Qızına elçi gələn ata kimi iri addımlarla və kəsgin baxışlarla o tərəf- bu tərəfə gedən Vidadi müəllimin məsuliyyət hissin görməmək üçün kor olmaq lazım idi. Tamaşadan əvvəl bizim millətə uyğun “telefonunuzu söndürün” xəbərdarlığı özümüzü özümüzə güldürdü.
Budur, “Bir gecənin nağılı” başlayır.
Bir anlıq zala diqqət etdim, arxa oturacaqlarda əyləşənlərin ayaq üstə baxmaq istəkləri gözlərindən bəlli idi.
Möcüzələrə inanaraq nişanlısından qaçan biri qızı və sevgidən başqa hər şeyi kəşf edib, sonda öz sevgisini tapan gənc alimi ayaq üstə alqışlamaqdan gözəl nə ola bilər ki? Tamaşa zamanı hamı gülürdü. Çünki o tamaşada baş verən müəyyən epizodik məqamlar zalda əyləşənlərin hamısının başına gəlmişdi. Bu təbiidir, kimsə inkar edə bilər. Ancaq həmin inkarda çox gülünc görünəcəksiniz, əzizlər. Ziya Ağanın və Günay Əhmədin ifasında “Bir gecənin nağılı”n dəyəsən hər kəs öz nağılına çevirmək istəyirdi.
Tamaşada gülməkdən də, ağlamaqdan da daha vacib məqam var idi: düşünmək və düşündürmək.
Tamaşa bitir, hamı ayaq üstə alışqlayır, aktyorlardan sonra Vidadi müəllim yekun söz üçün səhnəyə çıxır.
Başlandı xatirə şəkilləri çəkdirmək.

P.S Orda Vidadi müəllimə deyə bilmədiyim sözüm qaldı: - Mən də möcüzələrə inanıram, Vidadi müəllim. İnanıram ki, bir gün “M-teatr (Mənim Teatrım)” öz sadiq tamaşaçılarını mədəniyyət naminə ona ayrılmış öz binasında “salamlayacaq”. Göy də guruldayacaq, şimşək də çaxacaq, yağış da yağacaq, elə o arzuladığımız məkan(bina) da olacaq. Mütləq ki olacaq.

Əntiqə SƏMƏNDƏR

Manevr.az

Nağıl kimi tamaşadan reportaj
Nağıl kimi tamaşadan reportaj

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar