Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Millət vəkili Flora Qasımova ilə görüş keçirilib - SUMQAYITDA/ FOTOLAR

Tarix: 21-02-2018 15:21     Baxış: 2571 A- / A+
Millət vəkili Flora Qasımova ilə görüş keçirilib


Manevr.az-ın verdiyi xəbərə görə, Sumqayıt şəhər Poeziya evində Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinin dəstəyi, Əli Kərim adına Poeziya Klubunun təşkilatçılığı, Azərbaycanın Milli Qəhrəmanı Şirin Mirzəyevin xanımı, millət vəkili Flora Qasımovanın iştirakı ilə “Gənclərə həyat dərsi” adlı tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan Poeziya Evinin direktoru, şair İbrahim İlyaslı tədbir iştirakçılarına Flora Qasımovanın ömür yolu və ictimai-siyasi fəaliyyəti ilə bağlı geniş məlumat verib. O, çıxışında hörmətli millət vəkilinin ömür yolunu müasir gənclərə örnək olacaq bir ömür yolu adlandırıb.

Sonra çıxış üçün söz alan Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinin məsləhətçisi, şəhid anası Ceyran Axundova hörmətli qonağı və tədbir iştirakçılarını idarə rəhbərliyi adından salamlayıb və bu cür tədbirlərin aktuallığından danışıb.

Öz ömür yolundan söz açan millət vəkili Flora Qasımova eyni zamanda ölkəmizdəki mövcud ictimai-siyasi duruma münasibətini bildirib, parlamentdəki fəaliyyətindən danışıb və ölkəmizin tərəqqisində gənc nəslin rolundan bəhs edib.

Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin məsləhətçisləri Eldar Hüseynov və Bayram Cəfərli, şair Əvəz Mahmud Lələdağ, Qarabağ Müharibəsi Veteranları, Əlilləri və Şəhid Ailələri İctimai Birliyinin sədri Tərlan Hacızadə və başqaları çıxış edərək gənclər arasında hərbi vətənpərvərlik ruhunun yaksəldilməsinin hər zaman prioritet məsələ olduğunu xüsusi qeyd ediblər.

Tədbirdə gənc xanəndə Tural Salmanovun ifasında muğam parçaları dinlənilib.

Tədbirin sonunda millət vəkili Flora Qasımova gənclərin suallarını cavablandırıb və tədbirin təşkilatçılarına öz təşəkkürünü bildirib.

Millət vəkili Flora Qasımova ilə görüş keçirilib
Millət vəkili Flora Qasımova ilə görüş keçirilib
Millət vəkili Flora Qasımova ilə görüş keçirilib
Millət vəkili Flora Qasımova ilə görüş keçirilib
Millət vəkili Flora Qasımova ilə görüş keçirilib
Millət vəkili Flora Qasımova ilə görüş keçirilib

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar