Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

Flora Kərimova: Mən Zeynəb Xanlarovanı nə müğənni, nə də millət vəkili sayıram

Tarix: 19-02-2018 14:59     Baxış: 3371 A- / A+
Flora Kərimova: Mən Zeynəb Xanlarovanı nə müğənni, nə də millət vəkili sayıram

"Mənim efirdən uzaqlaşdırılmağıma səbəb Zeynəb Xanlarova olub".

Bunu 2 ildən sonra efir qadağası aradan qaldırılan xalq artisti Flora Kərimova sfera.az-a açıqlamasında deyib.

Xalq artisti qadağa ləğv olunan kimi efirlərə geri qayıtdığını bildirib:

"Öz ənənəsinə sadiq olaraq məni ilk dəfə televiziyaya ATV telekanalı çağırdı. İlk qonağı olduğum veriliş "Onlar" oldu. "Ondan sonra" verilişinə də qonaq oldum. Bəli, mənə efir qadağasının qoyulmasına səbəb Zeynəb Xanlarova olub. Mən onu nə müğənni sayıram, nə də milləti təmsil edən millət vəkili sayıram. Mən yenə soruşuram o savadsızlığı ilə necə olur ki, gündə bir rəy söyləyir və hələ də öz işinə davam edir? Savadı olmayan, siyasətdən başı çıxmayan bir adam indiyə kimi millət vəkilidir. O, özündən başqa heç kimi düşünmür. Mən həmişə həqiqəti deyirəm və bundan çəkinmirəm. Onun milli məclisdə heç bir işi yoxdur, savadsızdır. Mən düşünürəm ki, millətim savadsız siyasətçiləri siyasətdən uzaqlaşdıracaq. Mən istəmirəm ki, mənim millətim savadsız millət vəkilləri ilə biabır olsun. Mən artıq bu savadsızlardan yorulmuşam. Demək istəyirəm ki, ayağını yorğanına görə uzatsın, yoxsa ayağı yorğandan bayırda qalar".

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar